ƏLİYEV Habil Mustafa oğlu (28.5.1927, Ağdaş r-nunun Üçqovaq k. – 8.9.2015, Bakı) – Azәrb. musiqiçisi, kamançaçalan. Azәrb. SSR xalq artisti (1978). İfaçılıq fәaliyyәtinә Bakı Musiqi Mәktәbindә tәhsil alarkәn (1951–55) başlamışdır. Muğamın sirlәrini Q.Pirimov vә X.Şuşinskidәn öyrәnmişdir. 1956–78 illәrdә M.Maqomayev ad. Azәrb. Dövlәt Filarmoniyasının, 1978 ildәn Azәrb. Dövlәt Qastrol-Konsert Birliyinin solisti olmuşdur. Bәnzәrsiz ifaçının sәnәtindә virtuoz texnika ilә yüksәk musiqi duyumu hәmahәnglik vә uyarlıq tәşkil edirdi. Azәrb. muğamının qәdim әnәnәlәrinin layiqli davamçısı olan Ə. hәm dә muğam kompozisiyalarının yaradıcısı vә improvizatorudur. Ə. Segah, Şur, Dügah, Mahur, Çahargah, Rast, Zәminxarә vә s. muğamları xüsusi vituozluqla ifa etmişdir. O, S.Şuşinski, X.Şuşinski, Z.Adıgözәlov, H.Rzayeva, Ş.Əlәkbәrova, S.Qәdimova, F.Mehrәliyeva kimi görkәmli müğәnnilәri kamançada müşayiәt etmişdir. Bir sıra mahnıların (“Gülüm yatsın”, “Şәhla gözlüm”, “Gülәsәn gәrәk”, “İlk mәhәbbәt” vә s.) müәllifidir. Sәnәtkar xarici ölkәlәrdә konsertlәr vermişdir. Ə.-in “Habil segahı”, “Habil dügahı” kimi improvizasiyaları tamaşaçı vә dinlәyicilәr arasında geniş şöhrәt tapmışdır. Bәstәkar F.Əlizadәnin violonçel ilә fp. üçün “Habilsayağı” kompozisiyası ona ithaf olunmuşdur. Bir sıra rәssam vә heykәltәraşlar kaman ustadının obrazını yaratmışlar. Azәrb. Resp.-nın “Şöhrәt” ordeni ilә tәltif edilmişdir.