ƏLİYEV Hadı Bәdәl oğlu (5.5.1900, Bakı yaxınlığındakı Maştağa k. – 16.6.1982, Bakı) – Azәrb. coğrafiyaçısı, prof. (1964), Azәrb. SSR әmәkdar elm xadimi (1979). SSRİ Coğrafiya Cәmiyyәtinin fәxri üzvü (1970). 1927 ildәn resp.-nın ali mәktәblәrindә müәllimlik etmiş, Azәrb. Xalq Tәsәrrüfatı İn-tunda (indiki ADİU) kafedra müdiri (1933–48), SSRİ Coğrafiya Cәmiyyәtinin Azәrb. SSR filialının sәdri (1939– 51), 1938 ildә SSRİ EA-nın Azәrb. filialında yaratdığı ilk iqtisadi coğrafiya şöbәsinin rәhbәri olmuşdur. 1939 ildәn Azәrb. Dövlәt Pedaqoji İn-tunda (indiki ADPU) pedaqoji fәaliyyәt göstәrmiş, bir müddәt hәmin in-tun prorektoru olmuşdur. 1945 ildә Azәrb. SSR EA Coğrafiya İn-tuna direktor tәyin edilmiş, eyni zamanda Azәrb. Dövlәt Un-tindә iqtisadi coğrafiya, 1960 ildәn isә xarici ölkәlәrin iqtisadi vә siyasi coğrafiyası kafedralarının rәhbәri olmuşdur. 100-dәn cox elmi mәqalәnin, 10-dan cox dәrsliyin müәllifidir. Elmi kadrların hazırlanmasında xidmәti var.