ƏLİYEV Hafiz Mәmmәdrәhim oğlu (d.12. 12.1931, Bakı yaxınlığındakı Buzovna k.) – Azәrb. әczaçısı. Əczaçılıq e.d. (1964), prof. (1967). Əmәkdar әczaçı (1991), әmәkdar müәllim (2000), Azәrb. Resp.-nın әmәkdar elm xadimi (2010). 1954 ildә Moskva Əczaçılıq İn-tunu bitirmişdir. 1958–65 illәrdә Azәrb. Dövlәt Tibb İn-tunun (indiki Azәrb. Tibb Un-ti) әczaçılıq kimyası vә biol. kimya kafedralarında assistent, dosent işlәmiş, 1965–2013 illәrdә hәmin in-tun әczaçılıq kimyası kafedrasının müdiri olmuş vә 2013 ildәn kafedranın prof.-dur. Tәdqiqatları, әsasәn, B qrupu vitaminlәri preparatlarının fotometriyası sahәsi üzrәdir. 1967–83 illәrdә Azәrb. SSR Əczaçılar Elmi Cәmiyyәti İdarә Heyәtinin sәdri olmuşdur. Ə. 2004–06 illәrdә özünün tәşәbbüsü ilә yaradılan “Azәrbaycan Əczaçılıq jurnalı”ın baş redaktoru olmuş, 2007 ildәn “Azәrbaycan Əczaçılıq vә Farmakoterapiya jurnalı”nın baş redaktorudur. 260-a yaxın elmi әsәrin müәllifidir. Elmi kadrların hazırlanmasında xidmәti var.
Əsәri: Витамины группы В (значение, применение и фотометрический анализ). B., 1971.