ƏLİYEV Heydәr Əlirza oğlu (10.5.1923, Naxçıvan ş., Azәrbaycan – 12.12.2003, Klivlend, ABŞ; Bakıda Fәxri Xiyabanda dәfn olunmuşdur) – Azәrb.-ın görkәmli siyasi vә dövlәt xadimi, müstәqil Azәrb. Resp.-nın banisi, Azәrb. Resp.-nın Prezidenti (1993–2003). Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdәn sonra 1939–41 illәrdә Azәrbaycan Sәnaye İnstitutunun (indiki Azәrbaycan Dövlәt Neft vә Sәnaye Universiteti) memarlıq fakültәsindә tәhsil almışdır. 1957 ildә Azәrbaycan Dövlәt Universitetinin (indiki Bakı Dövlәt Universiteti) tarix fakültәsini bitirmişdir. 1941 ildәn Naxçıvan Muxtar Sovet Sosialist Respublikası (Naxçıvan MSSR) Xalq Daxili İşlәr Komissarlığında vә Naxçıvan MSSR Xalq Komissarları Sovetindә şöbә müdiri işlәmişdir. 1944 ilin mayında Naxçıvan Vilayәt Partiya Komitәsi tәrәfındәn dövlәt tәhlükәsizliyi orqanlarına işә göndәrilmişdir. 1965 ildә Azәrbaycan Sovet Sosialist Respublikası Nazirlәr Soveti yanında Dövlәt Tәhlükәsizliyi Komitәsi sәdrinin müavini, 1967 ildә isә sәdri tәyin edilmişdir.
H.Ə. 1969 il iyulun 14-dә Azәrbaycan Kommunist Partiyası Mәrkәzi Komitәsinin (AKP MK) plenumunda AKP MK-nın birinci katibi seçilmişdir. Bununla, H.Ə.-in Azәrbaycana rәhbәrliyinin birinci dövrü başlanmışdır. Н.Ə. АКР MK-nın avqust (1969) plenumundakı mәruzәsi ilә respublikada xalq tәsәrrüfatına vә mәdәni quruculuğa rәhbәrliyin әsaslı surәtdә yaxşılaşdırılması, dövlәt vә әmәk intizamının möhkәmlәndirilmәsi, kadrların mәsuliyyәtinin artırılması vә korrupsiyaya qarşı mübarizәnin yeni xәttini müәyyәn etmişdir. Bu xәtt H.Ə.-in sonrakı mәruzә vә çıxışlarında daha da tәkmillәşdirilmiş, respublikanın sosial-iqtisadi, ictimai-siyasi vә mәdәni hәyatına mәnfı tәsir göstәrәn meyillәrin qarşısının alınması, sağlam mәnәvi-psixoloji mühitin bәrqәrar olunması uğrunda fәaliyyәt proqramına çevrilmişdir. H.Ə.-in Azәrbaycana rәhbәrlik etdiyi ilk illәrdә iqtisadi inkişaf konsepsiyası hazırlanmış, әnәnәvi tәsәrrüfat sahәlәrinin sәmәrәliliyi bәrpa edilmiş, yeni istehsal sahәlәrinin әsası qoyulmuşdur. Bu dövrdә neft-kimya, maşınqayırma, energetika, metallurgiya, mәdәnçıxarma vә digәr sahәlәr әhәmiyyәtli dәrәcәdә inkişaf etmәyә başlamış, 400-ә yaxın yeni sәnaye obyekti yaradılmışdır. 1969 ildә sәnaye müәssisәlәrinin sayı 735-ә bәrabәr idisә, 1982 ildә bu rәqәm 1048-ә çatmışdı.
H.Ə. kәnd tәsәrrüfatı istehsalının intensivlәşdirilmәsi, bu sahәnin daha da ixtisaslaşdırılması, üzümçülük vә şәrabçılığın inkişaf etdirilmәsi, emal müәssisәlәrinin, irriqasiya vә meliorasiya obyektlәrinin tikilmәsini tәmin edәrәk, o dövrdә aqrar sektorda mәhsul istehsalını 2 dәfәdәn çox artırmağa nail olmuşdur. Belәliklә, ölkәnin sosial-iqtisadi hәyatında sürәtli tәrәqqi baş vermiş, Azәrbaycan geridә qalmış aqrar respublikadan özünü tәmin edәn, qabaqcıl aqrar-sәnaye respublikasına vә mәrkәzi büdcәnin donoruna çevrilmiş, SSRİ miqyasında ilk üçlüyә yüksәlmişdir. Hәmin illәrdә respublikada buraxılan 350 adda sәnaye vә kәnd tәsәrrüfatı mәhsulu dünyanın 65 ölkәsinә ixrac edilirdi. O dövrdә yaradılmış iqtisadi potensial müstәqilliyin ilk illәrindә Azәrbaycan iqtisadiyyatının yenidәn qurulması üçün baza rolunu oynadı.
H.Ə.-in respublikaya rәhbәrlik etdiyi ilk dövrdә (1969–82 illәr) elm, tәhsil vә mәdәniyyәtin inkişafı, xalqın tarixi yaddaşının özünә qaytarılması istiqamәtindә görülәn işlәr milli ruhun oyanmasına, azәrbaycançılıq mәfkurәsinin zәnginlәşmәsinә güclü tәsir göstәrmiş vә gәlәcәkdә müstәqil dövlәtçiliyin bәrpası üçün әsaslı zәmin hazırlamışdır.
H.Ə.-in bilavasitә tәşәbbüsü vә iştirakı ilә Bakıda vә keçmiş SSRİ-nin paytaxtı Moskvada Azәrb.-ın tanınmış әdәbiyyat, incәsәnәt vә elm xadimlәrinin yubileylәri keçirilmiş, onların fәaliyyәti yüksәk dövlәt mükafatları vә fәxri adlarla qiymәtlәndirilmiş, abidәlәri ucaldılmışdır. Hәmin illәrdә ölkәnin çöxşaxәli inkişafına uyğun olaraq respublikanın ali vә orta ixtisas tәhsili şәbәkәsi genişlәndirilmiş, SSRİ-nin 170 qabaqcıl ali mәktәbinә 3500 azәrbaycanlı gәnc göndәrilmişdir. H.Ə. azәrbaycanlı hәrbçi kadrların yetişdirilmәsinә, respublikada hәrbi tәhsilin inkişafına xüsusi diqqәt ayırmışdır. O dövrdә hazırlanmış yüksәkixtisaslı kadrlar sonralar müstәqil Azәrbaycan dövlәtinin qurulması, möhkәmlәndirilmәsi vә tәhlükәsizliyinә öz töhfәlәrini vermişlәr.
H.Ə. Azәrbaycan Sovet Sosialist Respublikasının (Azәrbaycan SSR) yeni Konstitusiyasının layihәsini hazırlayan komissiyanın sәdri kimi, Azәrbaycan dilinin respublikanın dövlәt dili olması ilә bağlı müddәanın Əsas Qanuna daxil edilmәsinә nail olmuşdur (1977, iyul).
H.Ə. Azәrbaycanın bütün bölgәlәrinin, o cümlәdәn Dağlıq Qarabağ Muxtar Vilayәtinin (DQMV) sosial-iqtisadi vә mәdәni inkişafına daim diqqәt göstәrmişdir. Onun mәsәlәlәrә kompleks vә hәssaslıqla yanaşması, habelә çevik idarәçiliyi sayәsindә respublikada sosial vә milli-dini zәmindә heç bir problem yaranmamış, sağlam ictimai-siyasi vәziyyәt hökm sürmüşdür.
H.Ə. 1976 ilin mart ayında Sov. İKP MK Siyasi Bürosu üzvlüyünә namizәd, 1982 ilin noyabrında isә Siyasi Büro üzvü seçilmiş, eyni zamanda, Sovet Sosialist Respublikaları İttifaqı (SSRİ) Nazirlәr Soveti sәdrinin birinci müavini vәzifәsinә tәyin edilmişdir. O, SSRİ hökumәtindә yüksәk vәzifәdә çalışdığı dövrdә 60-dan çox nazirlik, komitә vә müxtәlif mәrkәzi idarәlәrin fәaliyyәtinә rәhbәrliyi hәyata keçirmişdir. Lakin 1987 ilin oktyabrında Sov. İKP MK Siyasi Bürosunun vә şәxsәn baş katib M.S.Qorbaçovun yeritdiyi yanlış xәttә, onun anti-Azәrbaycan siyasәtinә etiraz әlamәti olaraq tutduğu vәzifәlәrdәn istefa vermişdir.
Sovet qoşunlarının 1990 ilin 20 yanvarında Bakıda törәtdiyi qanlı qırğınla әlaqәdar H.Ə. ertәsi gün, Kreml rejiminin tәqiblәrinә vә sәhhәtinin ağır olmasına baxmayaraq, ailә üzvlәri ilә birlikdә Azәrbaycanın Moskvadakı Daimi Nümayәndәliyinә gedәrәk orada sәslәndirdiyi bәyanatında mәrkәzi hakimiyyәtin Azәrbaycan xalqına qarşı hәyata keçirdiyi kütlәvi qırğın әmәliyyatını pislәmişdir. Mübariz mövqeyini qәtiyyәtlә davam etdirәn H.Ə. Dağlıq Qarabağda separatçıların qanunsuz әmәllәri vә yaranmış kәskin vәziyyәtlә bağlı mәrkәzin yürütdüyü ikiüzlü siyasәtә etiraz edәrәk 1991 ilin iyulunda Sov. İKP sıralarından çıxmışdır.
1990 ilin iyulunda Azәrbaycana qayıdan H.Ə. Naxçıvana getmiş vә hәmin ildә Azәrbaycan Ali Sovetinә deputat seçilmişdir. Bununla da H.Ə. yenidәn ölkәnin ictimai-siyasi hәyatında yaxından iştirak etmәyә başlamışdır. 1992 ilin noyabrında H.Ə. Yeni Azәrbaycan Partiyasının Naxçıvan şәhәrindә keçirilmiş tәsis konfransında tәşkilatın sәdri seçilmişdir.
H.Ə.-in siyasi fәaliyyәtinin Naxçıvan dövrü, xüsusilә onun Naxçıvan Muxtar Respublikası Ali Mәclisinin sәdri vәzifәsindә çalışdığı illәr (1991–93) muxtar respublikanın siyasi, sosial-iqtisadi vә mәdәni inkişafının çәtin mәrhәlәsi idi. H.Ə., ilk növbәdә, Naxçıvanı Ermәnistanın silahlı tәcavüzü vә işğalı tәhlükәsindәn xilas etdi. Blokada şәraitindә yaşayan muxtar respublikanın ağır iqtisadi-sosial problemlәrini hәll etmәk üçün qonşu Türkiyә vә İranla iqtisadi әlaqәlәr yaratdı. Naxçıvanı Türkiyә ilә birlәşdirәn “Ümid körpüsü”, İranla yük vә sәrnişin daşınmasını genişlәndirәn Şahtaxtı-Poldәşt körpüsü inşa edildi vә digәr mühüm tәdbirlәr hәyata keçirildi. Bu illәrdә hәm dә H.Ə.-in tәşәbbüsü ilә muxtar respublikanın Ali Mәclisi onun adından “sovet”, “sosialist” sözlәrinin çıxarılması, Azәrbaycan Xalq Cümhuriyyәtinin (1918– 20) üçrәngli bayrağının Naxçıvan Muxtar Respublikasının dövlәt bayrağı kimi tәsdiq edilmәsi, 31 dekabrın dünya azәrbaycanlılarının hәmrәylik günü kimi tәsis olunması haqqında qәrarlar qәbul etdi.
H.Ə. Naxçıvan Muxtar Respublikası Ali Mәclisinin sәdri işlәyәrkәn, eyni zamanda, Azәrbaycan Respublikası Ali Sovetinin sәdr müavini olmuş vә Ali Sovetin sessiyalarında fәal iştirak etmişdir. O, Azәrbaycan Respublikası Ali Sovetinin birinci sessiyasındakı (1991, fevral) çıxışında Vәtәnin ağır dövründә hәr kәsi vәtәndaşlıq borcunu vicdanla yerinә yetirmәyә, müstәqillik uğrunda mübarizәyә qoşulmağa, dağılmaqda olan Sovet İttifaqında, elәcә dә Azәrbaycanda mövcud ictimai-siyasi vәziyyәti obyektiv tәhlil edәrәk, cәmiyyәti dәrindәn düşündürәn problemlәrin, siyasi vә iqtisadi böhranın, Dağlıq Qarabağ münaqişәsinin hәllinә yardım göstәrmәyә çağırmışdır. H.Ə. Azәrbaycan Ali Sovetinin 1991 il 7 mart tarixli sessiyasında Moskvanın müttәfıq respublikaları yeni ittifaq müqavilәsinә sürüklәyәn siyasәtinә qarşı çıxmış vә deputatları respublika rәhbәrliyinin anti-müstәqillik әhval-ruhiyyәsini pislәmәyә dәvәt etmişdir. Hәmin dövrdә H.Ə.-in rәhbәrliyi altında Naxçıvan MR-dә SSRİ-nin saxlanması mәqsәdilә keçirilәn referendum boykot edilmiş, sovet qoşun hissәlәri muxtar respublikadan çıxarılmış, 20 yanvar faciәsinә hüquqi-siyasi qiymәt verilmişdir. Sovet İttifaqının saxlanılmasını tәbliğ edәn Kommunist Partiyasının Naxçıvandakı bütün strukturları lәğv edilmiş, Azәrbaycan Ali Sovetinin 1991 il sentyabrın 8-nә tәyin etdiyi prezident seçkilәrinin Naxçıvan MR әrazisindә keçirilmәsi dayandırılmışdır.
Bәhs olunan dövrdә ermәni millәtçilәrinin Azәrbaycana qarşı irәli sürdüyü әsassız әrazi iddiaları, SSRİ rәhbәrliyinin DQMV-ni Ermәnistana birlәşdirmәk sәylәrinin ağır nәticәlәri, 20 yanvar faciәsi vә ondan sonra Azәrbaycanda baş verәn ictimai-siyasi proseslәr, respublikanın kommunist rәhbәrliyinin mövqeyi vә s. H.Ə.-in siyasi fәaliyyәtinin başlıca vektorunu milli dövlәtçilik ideyasının әsas mәqsәdinә – müstәqil demokratik dövlәt uğrunda mübarizәyә istiqamәtlәndirmişdir.
Hakimiyyәt dairәlәrinin xәyanәtkar vә sәriştәsiz idarәçiliyi nәticәsindә 1993 ilin may-iyun aylarında ölkәdә siyasi böhran son hәddә çatdı, respublika vәtәndaş müharibәsi vә müstәqilliyin itirilmәsi tәhlükәsi ilә üz-üzә qaldı. Belә şәraitdә Azәrbaycan xalqı H.Ə.-in hakimiyyәtә gәtirilmәsi tәlәbi ilә mübarizәyә qalxdı. Bu mübarizә tezliklә ümummilli hәrәkata çevrildi vә xalqın tәkidi ilә H.Ə. 1993 il iyunun 15-dә Azәrbaycan Ali Sovetinin sәdri seçildi. Belәliklә, onun Azәrbaycana rәhbәrliyinin ikinci dövrü başladı. H.Ə.-in möhkәm iradәsi, idarәçilik mәharәti vә qәtiyyәtli siyasi mövqeyi sayәsindә Azәrbaycan dövlәtçiliyinin mәhv edilmәsi, vәtәndaş müharibәsi vә ölkәnin parçalanması tәhlükәsi aradan qalxdı. Hәmin gün Azәrbaycan tarixinә “Milli Qurtuluş Günü” kimi daxil oldu. H.Ə. iyunun 24-dәn Milli Mәclisin qәrarı ilә Azәrbaycan Respublikası Prezidentinin sәlahiyyәtlәrini hәyata keçirmәyә başladı. 1993 il oktyabrın 3-dә ümumxalq sәsvermәsi nәticәsindә H.Ə. Azәrbaycan Respublikasının Prezidenti seçildi.
H.Ə.-in Azәrbaycan rәhbәrliyinә qayıdışı ilә ölkәnin ictimai-siyasi, sosial-iqtisadi, mәdәni hәyatında, xarici әlaqәlәrindә dönüş yarandı, beynәlxalq norma vә prinsiplәrә uyğun olaraq müstәqil dövlәt quruculuğu prosesi başlandı. Bәzi daxili vә xarici qüvvәlәr tәrәfindәn hazırlanmış 1994 il oktyabr vә 1995 il mart dövlәt çevrilişi planlarının, habelә şәxsәn H.Ə.-ә sui-qәsd vә terror cәhdlәrinin qarşısı qәtiyyәtlә alındı, silahlı yolla hakimiyyәtә gәlmәk iddialarına son qoyuldu, Azәrbaycan dövlәtçiliyinin iflası prosesi dayandırıldı, ölkәdә möhkәm ictimai-siyasi sabitlik bәrqәrar edildi. Əsas qayәsini qanunçuluq, müstәqillik, azәrbaycançılıq, dövlәtçilik, respublikaçılıq, demokratiya, dünyәvilik vә digәr mütәrәqqi dәyәrlәrin tәşkil etdiyi yeni bir dövlәtin – müstәqil Azәrbaycanın özülü qoyuldu. İşğalçı Ermәnistan qoşunları ilә müharibә cәbhәsindә ciddi dönüşә nail olundu. Azәrbaycan qoşunları Füzuli rayonu istiqamәtindә uğurlu әmәliyyat keçirәrәk Horadiz qәsәbәsini vә әtraf kәndlәri işğalçılardan azad etdi. Belәliklә, ermәni silahlı qüvvәlәrinin işğalı genişlәndirmәk planlarının qarşısı alındı, Ermәnistan 1994 ilin mayında cәbhә xәttindә atәşkәs elan edilmәsinә vә danışıqlar masasına qayıtmağa mәcbur oldu.
H.Ə. Ermәnistanın tәcavüzü nәticәsindә Azәrbaycanın әrazi bütövlüyünün pozulması, torpaqlarının 20%-dәn çoxunun işğalı, 1 milyondan artıq yerli sakinin didәrgin salınaraq çadırlarda yaşaması vә digәr dövlәt әhәmiyyәtli mәsәlәlәr barәdә hәqiqәtlәrin dünya ictimaiyyәtinә çatdırılması, yaranmış problemlәrin hәlli sahәsindә çox gәrgin vә genişmiqyaslı fәaliyyәt göstәrmişdir. H.Ə.-in Azәrbaycan Prezidenti kimi BMT-nin sessiyalarında, ATƏT-in zirvә toplantılarında çıxışları, xarici ölkәlәrә çoxsaylı sәfәrlәri dә, başlıca olaraq, bu mәqsәdә xidmәt etmişdir.
H.Ə.-in fәal diplomatik sәylәri nәticәsindә dünyanın böyük dövlәtlәrinin vә aparıcı beynәlxalq tәşkilatlarının Azәrbaycana, onun zorla cәlb olunduğu silahlı münaqişәyә münasibәti әsaslı surәtdә dәyişdi. BMT TŞ-dә, ATƏT-in Budapeşt (1994) vә Lissabon (1996) sammitlәrindә, İƏT-in üzv dövlәt başçılarının zirvә toplantılarında Ermәnistanın işğalı pislәndi vә Dağlıq Qarabağ probleminin beynәlxalq hüquq normaları, Azәrbaycanın әrazi bütövlüyü çәrçivәsindә hәllinә dair sәnәdlәr qәbul edildi.
H.Ə.-in tarixi nailiyyәtlәrindәn biri dә Azәrbaycan dövlәti vә xalqı qarşısında duran strateji vәzifәni – bir ictimai-iqtisadi sistemdәn digәrinә, yәni iflasa uğramış sosializmdәn bazar iqtisadiyyatı normalarına vә çoxmülkiyyәtçiliyә әsaslanan sistemә keçidi tәmin etmәsidir. Xüsusi mülkiyyәtә geniş meydan açılması, sәnaye vә xidmәt müәssisәlәrinin özәllәşdirilmәsi, aqrar islahatlar, torpağın әvәzsiz olaraq kәndlilәrә verilmәsi vә digәr fundamental transformasiya proseslәrini reallaşdırmaq kimi çәtin vәzifәlәrin hәlli H.Ə.-in adı ilә bağlıdır.
H.Ə.-in yeritdiyi yeni neft strategiyası nәticәsindә Azәrbaycanın karbohidrogen ehtiyatlarının dünyanın әn qabaqcıl neft şirkәtlәri ilә birlikdә hasil olunması vә xarici bazarlara nәqli mәqsәdilә 1994 il sentyabrın 20-dә Bakıda “Gülüstan” sarayında Xәzәrin Azәrbaycan sektorundakı “Azәri”, “Çıraq” yataqlarının vә “Günәşli” yatağının dәrinlikdә yerlәşәn hissәsinin birgә işlәnilmәsi haqqında müqavilә imzalanmışdır. “Əsrin müqavilәsi” adını almış bu beynәlxalq layihәdә ilk dövrdә 7 ölkәnin 11 neft şirkәti tәmsil olunurdu.
“Əsrin müqavilәsi” bağlandıqdan az sonra Xәzәrin digәr karbohidrogen yataqlarının işlәnmәsi ilә әlaqәdar 30-dan artıq saziş imzalandı ki, bu da Azәrbaycana böyük hәcmdә xarici sәrmayәnin qoyuluşuna imkan yaratdı. İlk beynәlxalq neft müqavilәsi çәrçivәsindә Bakı-Novorossiysk boru kәmәri әsaslı tәmir vә bәrpa olundu, Bakı–Supsa boru kәmәri inşa edildi. Bakı– Tbilisi–Ceyhan әsas ixrac boru kәmәrinin tikilmәsi haqqında saziş imzalandı vә onun tәmәli qoyuldu.
H.Ə.-in fәaliyyәti nәticәsindә Azәrbaycan öz geosiyasi, geoiqtisadi vә mәnәvimәdәni potensialından sәmәrәli istifadә edәrәk Şәrqlә Qәrb arasında etibarlı körpü yaratmağa çalışmış vә bununla da ölkәnin gәlәcәk dinamik inkişafı üçün әlverişli imkanlar açılmışdır. H.Ə.-in tәşәbbüsü ilә tarixi Böyük İpәk Yolunun bәrpasına yönәlmiş beynәlxalq proqramın hәyata keçirilmәsindә Azәrbaycan aparıcı rol oynamışdır. 1998 ilin sentyabrında 32 ölkәnin vә 14 beynәlxalq tәşkilatın yüksәk sәviyyәli rәhbәr şәxslәrinin iştirakı ilә Bakıda İpәk Yolu konfransı keçirilmiş, layihәnin icraçı katibliyinin Azәrbaycanın paytaxtında yerlәşmәsi haqqında qәrar qәbul edilmişdir.
H.Ə. demokratik, hüquqi vә dünyәvi dövlәt quruculuğu sahәsindә ardıcıl siyasәt yeridәrәk, ölkәdә insan hüquq vә azadlıqlarının başlıca prinsiplәrinin bәrqәrar olması üçün әsaslı zәmin yaratmışdır. 1995 ilin noyabrında ümumxalq sәsvermәsi yolu ilә demokratik dәyәrlәri özündә әks etdirәn Azәrbaycan Respublikası Konstitusiyasının qәbul edilmәsi, 1995 vә 2000 illәrdә çoxpartiyalılıq әsasında parlament seçkilәrinin keçirilmәsi, Konstitusiya Mәhkәmәsinin tәşkili, ölüm cәzasının lәğv olunması, mәtbuatda senzuranın aradan qaldırılması, yerli özünüidarәetmә orqanlarının – bәlәdiyyәlәrin yaradılması kimi köklü islahatlar mәhz H.Ə.-in siyasi iradәsi vә mәqsәdyönlü fәaliyyәti sayәsindә mümkün olmuşdur.
H.Ə.-in “İnsan hüquq vә azadlıqlarının tәmin edilmәsi haqqında” 1998 il 22 fevral tarixli Fәrmanı insan hüquq vә azadlıqlarının tәmin edilmәsini dövlәt siyasәti sәviyyәsinә qaldırmışdır. Azәrbaycan 1996 ilin iyununda Avropa Şurasında “xüsusi qonaq” statusu almış, 2001 il yanvarın 25- dә isә onun tamhüquqlu üzvü olmuşdur.
H.Ə.-in tarixin ağır vә amansız sınaq dövrlәrindә, ermәnilәrin xüsusi qәddarlıqla hәyata keçirdiklәri soyqırımları nәticәsindә dünyanın ayrı-ayrı ölkәlәrinә sәpәlәnmiş azәrbaycanlıların birlik vә hәmrәyliyinin yaradılması işindә müstәsna xidmәtlәri vardır. O, hәlә Naxçıvan MR Ali Mәclisinin sәdri vәzifәsindә işlәyәrkәn 1991 il dekabr ayının 16-da Ali Mәclisin qәrarı ilә 31 dekabr “Dünya Azәrbaycanlılarının Hәmrәylik vә Birlik Günü” elan edilmişdir. H.Ə. Azәrbaycan Respublikasının Prezidenti kimi xarici dövlәtlәrә rәsmi sәfәrlәri zamanı, istisnasız olaraq, hәr bir ölkәdә yaşayan azәrbaycanlıların nümayәndәlәri ilә çox önәmli görüşlәr keçirmiş, Azәrbaycan diasporunun formalaşması vә tәşkilatlanması, azәrbaycançılıq ideyası altında ana Vәtәn – Azәrbaycan әtrafında sıx birlәşmәsi üçün ardıcıl vә sәmәrәli fәaliyyәt göstәrmişdir. H.Ə.-in tәşәbbüsü vә bilavasitә rәhbәrliyi ilә 2001 il noyabrın 9–10- da Bakıda dünya azәrbaycanlılarının ilk tarixi qurultayı keçirilmiş, Azәrbaycan diasporunun fәaliyyәtinin canlandırılması vә güclәndirilmәsi sahәsindә çox mühüm qәrarlar qәbul edilmişdir.
H.Ə.-in Azәrbaycanda latın әlifbasına keçilmәsi, dövlәt dilinin tәtbiqi işinin tәkmillәşdirilmәsi, Azәrbaycan әlifbası vә Azәrbaycan dili gününün tәsis edilmәsi haqqında 2001 ildә imzaladığı fәrmanlar, milli-mәnәvi dәyәrlәrin qorunub saxlanması çağırışı ilә Azәrbaycan xalqına müraciәtlәri, türk xalqları vә dövlәtlәri arasında әlifba vә dil birliyinin tәmin edilmәsi vә bir sıra digәr sahәlәrdә coşqun fәaliyyәti milli-mәdәni inkişafda vә mәnәvi birliyin möhkәmlәnmәsindә böyük rol oynamışdır.
H.Ə. Azәrbaycan Xalq Cümhuriyyәti tarixinin dәrindәn öyrәnilmәsi vә fәaliyyәtinin obyektiv qiymәtlәndirilmәsi mәsәlәsinә xüsusi diqqәt göstәrmişdir. Azәrbaycan Xalq Cümhuriyyәtinin 80 vә 85 illik yubileylәri ölkәdә geniş qeyd olunmuş, Bakı şәhәrindә Xalq Cümhuriyyәtinә abidә ucaldılması haqqında qәrar qәbul edilmişdir.
H.Ə. 1998 il oktyabrın 11-dә xalqın yüksәk siyasi fәallığı şәraitindә keçirilәn seçkilәrdә sәslәrin 76,1%-ni toplayaraq ikinci dәfә Azәrbaycan Respublikasının Prezidenti seçilmişdir.
H.Ə. siyasi fәaliyyәtinin bütün mәrhәlәlәrindә, fәrqli ictimai-siyasi, iqtisadi, mәdәni vә ideoloji şәraitdә xalqına vә Azәrbaycana sәdaqәtlә xidmәt ğöstәrmiş, istedadını, bilik vә bacarığını milli dövlәtçilik ideyasının gerçәklәşdirilmәsinә sәrf etmişdir.
H.Ə.-in hәm SSRİ, hәm dә müstәqil Azәrbaycan Respublikasına rәhbәrliyi dövründәki fәaliyyәti yüksәk qiymәtlәndirilmişdir. H.Ə. iki dәfә Sosialist Əmәyi Qәhrәmanı adı almış (1979, 1983), beş dәfә Lenin ordeni (1971, 1973, 1976, 1979, 1983) vә çoxlu sayda digәr orden vә medallarla tәltif edilmiş, bir sıra xarici ölkәlәrin ali ordenlәrinә vә beynәlxalq mükafatlara layiq görülmüşdür: Türkiyә Respublikasının “Dövlәt Nişanı” (1997), Ukraynanın “Yaroslav Mudrı” ordeni (1997), Gürcüstanın “Qızıl Runo” ordeni (2001), Fransa Respublikasının “Fәxri Legionun Böyük Xaç Komandoru” ordeni (2003), Rusiyanın “Müqәddәs Apostol Andrey Pervozvannı” ordeni (2003).
Azәrbaycan xalqı H.Ə.-in xidmәtlәrini daim minnәtdarlıqla xatırlayır, onun ideyalarını yaşadır vә yolunu davam etdirir. Azәrbaycanda vә dünyanın bir sıra ölkәlәrindә H.Ə.-in xatirәsinә yüksәk ehtiram göstәrilәrәk adı geniş miqyasda әbәdilәşdirilmiş, onun şәrәfinә abidәlәr ucaldılmış, parklar, xiyabanlar, küçә vә prospektlәr salınmışdır. Bakıda inşa edilmiş Heydәr Əliyev Mәrkәzi müasir dünya memarlığının nadir incilәrindәn biri olmaqla yanaşı, onun zәngin elmi-siyasi irsinin öyrәnilmәsi vә tәbliğindә mühüm rol oynayır.
Əsәrlәri: Əliyev H. Ə. Müstәqillik yollarında. 4 cilddә. Bakı, Azәrnәşr, 1997; Əliyev H. Ə. Müstәqilliyimiz әbәdidir: Çıxışlar, nitqlәr, bәyanatlar, müsahibәlәr, mәktublar. l–45 kitablar. Bakı, Azәrnәşr, 1997–2013.