ƏLİYEV Hәmid Fәrhad oğlu (Hәmid A r z u l u) (d.15.5.1937, Azәrb. SSR Babәk r-nunun (Nax. MR) Qaraxanbәyli k.) – Azәrb. әdәbiyyatşünası, filologiya üzrә e.d. (2010). Azәrb. Pedaqoji Dillәr İn-tunu (1961) vә Azәrb. Dövlәt Un-tini (1965) bitirmişdir. 1968–2000 illәrdә Naxçıvan Müәllimlәri Tәkmillәşdirmә İn-tunda (indiki Naxçıvan Müәllimlәr İn-tu) kabinet müdiri vә direktor müavini vәzifәlәrindә çalışmışdır. 2000 ildәn hәmin in-tun prorektorudur. Əsas tәdqiqatları Azәrb. әdәbiyyatının elmi-nәzәri problemlәrinә vә mәtnşünaslığa aiddir. 70-dәn çox elmi- publisistik әsәrin, o cümlәdәn 2 monoqrafiyanın müәllifidir.
Əsәri: Alman klassik poeziyasının Azәrbaycan dilinә tәrcümәsinin nәzәri vә praktik prinsiplәri. B., 2003.