ƏLİYEV Hәmid Zeynalabdin oğlu (15.5. 1921, Erm. SSR, Dilican r-nunun Əmirxeyir k. – 12.1.2006, Bakı) – Azәrb. tarixçisi, tarix e.d. (1969), prof. (1971). Yerevan Dövlәt Pedaqoji İn-tunu bitirmişdir (1946). Azәrb. Dövlәt Pedaqoji İn-tunda (indiki ADPU) dosent (1957), Azәrb. SSR EA Tarix İn-tunda böyük elmi işçi (1958–61), Şәrqşünaslıq İn-tunda böyük elmi işçi (1962–82), şöbә müdiri (1982–91), Fәlsәfә vә Hüquq İn-tunda şöbә müdiri (1991–95), Tarix İn-tunda aparıcı elmi işçi (1995–2005) vәzifәlәrindә çalışmışdır. Türkiyә tarixinә dair tәdqiqatlar aparmışdır. 120-dәn çox elmi әsәrin, o cümlәdәn bir neçә monoqrafiyanın müәllifidir. 2-ci dәrәcәli Vәtәn müharibәsi ordeni (1985) vә medallarla tәltif olunmuşdur.
Ə s ә r l ә r i: Müasir Türkiyәdә xarici kapital (İkinci dünya müharibәsindәn sonra). B., 1962; Türkiyә Birinci dünya müharibәsi dövründә. B., 1965; Турция в период правления младотурок (1908– 1918 гг.). М., 1972.