ƏLİYEV Hәsәn Rәfi oğlu (d.16.2.1935, Gürc. SSR, Marneuli r-nunun Kirovka k.) – Azәrb. dilçisi, filologiya e.d. (1990), әmәkdar elm xadimi (1993). Azәrb. Pedaqoji Dillәr İn-tunu (indiki Azәrb. Dillәr Un-ti) bitirmişdir (1960). Azәrb. Dövlәt Un-tindә müәllim, baş müәllim, dosent, kafedra müdiri, mәslәhәtçi prof. vәzifәlәrindә işlәmişdir (1962–2016). 125-әdәk elmi әsәrin, o cümlәdәn 2 monoqrafiyanın müәllifidir.