ƏLİYEV Hüseyn Balaәli oğlu [25.11. 1918, Bakı yaxınlığındakı Pirşağı k. – 18.7.1941, Leninqrad (indiki Sankt-Peterburq)] – Böyük Vәtәn müharibәsi qәhrәmanı, qırıcı-tәyyarәçi, leytenant. 1935–38 illәrdә Bakı aeroklubunda tәlimatçı tәyyarәçi işlәmişdir. Yeysk Hәrbi Dәniz Tәyyarәçilik mәktәbini bitirmişdir (1940). Böyük Vәtәn müharibәsinin ilk günlәrindәn Ə. Baltika donanmasının HHQ-ndә Tallindә, sonra isә Leninqradda xidmәt etmiş, 49 döyüş uçuşu keçirmişdir. Növbәti tapşırıqdan qayıdarkәn düşmәnin 3 tәyyarәsi ilә döyüşә girmiş, ölümcül yaralanmasına baxmayaraq 2 düşmәn tәyyarәsini vurmuşdur. Ə. tәyyarәni salamat yerә endirmiş, özü isә hәlak olmuşdur. Ölümündәn sonra Lenin ordeni ilә tәltif edilmişdir. N.K.Çukovskinin “Baltika sәması” romanında, V.Ketlinskayanın “İradә” hekayәsindә, M.Rahimin “Leninqrad göylәrindә” poemasında Ə.-in qәhrәmanlığı qәlәmә alınmışdır. “Azәrbaycanfilm” kinostudiyası Ə. haqqında sәnәdli film (“Hünәr әbәdidir”; 1967) çәkmişdir. Adına küçә var.