ƏLİYEV Hüseyn Kәrim oğlu [11.8.1897, Kәlbәcәr r-nunun Bәylik (indiki Tirkәşәvәnd) k. – 31.7.1972, Bakı] – Azәrb. cәrrahı. Tibb e.d. (1939), prof. (1939), Azәrb. SSR әmәkdar hәkimi vә әmәkdar elm xadimi (1942). Leninqrad Hәrbi Tibb Akademiyasını bitirmişdir (1926). 1929–39 illәrdә Azәrb. Dövlәt Tibb İn-tunda hospital cәrrahlığı kafedrasında ordinator, assistent, baş assistent, dosent, tәdris işlәri üzrә prorektor (1931–32), prof. işlәmişdir. 1939–67 illәrdә Azәrb. Hәkimlәri Tәkmillәşdirmә İn-tunun cәrrahlıq kafedrasına rәhbәrlik etmiş, 1947–55 illәrdә hәmin in- tun prorektoru vә “Azәrbaycan tibb jurnalı”nın baş redaktoru (1955 ildәn), 1967 ildәn Azәrb. Dövlәt Tibb İn-tunun 2-ci hospital cәrrahlığı kafedrasının müdiri olmuşdur. Tәdqiqatları, әsasәn, öd yollarının iltihabı xәstәliklәrinin klinikası vә müalicәsinә, qida borusunun plastikasına vә s. aiddir. 100-dәn çox elmi әsәrin müәllifidir. Qırmızı Əmәk Bayrağı vә Qırmızı Ulduz ordenlәri ilә tәltif edilmişdir.
Əsәri: К истории становления и развития хирургии в Азербайджане (Z.M.Mәmmәdovla birgә). Б., 1967.