ƏLİYEV Hüseynqulu Əli oğlu (d.3.2. 1949, Azәrbş SSR Ordubad r-nunun (Nax. MR) Bist k.) – Azәrb. rәssamı. Azәrb. Resp. xalq rәssamı (2002). Azәrb. Dövlәt Rәssamlıq Mәktәbini (1975) vә Azәrb. Dövlәt İncәsәnәt İn-tunu (1982) bitirmişdir. 1982–89 illәrdә Nax. Dövlәt Rәsm Qalereyasında işlәmiş, 1989–2000 illәrdә Nax. Dövlәt Musiqili Dram Teatrının baş rәssamı olmuşdur. 2000 ildәn Azәrb. Rәssamlar İttifaqının Naxçıvan tәşkilatının sәdridir. Ə. rәngkarlıq, heykәltәraşlıq, keramika, qrafika vә teatr rәssamlığı sahәsindә fәaliyyәt göstәrir. Heykәltәraşlıq işlәrindәn Naxçıvanda Koroğlunun abidәsi (1988), Bәhruz Kәngәrlinin qәbirüstü abidәsi (1989), görkәmli şәxsiyyәtlәrә hәsr olunmuş büst-portretlәr (“Heydәr Əliyev”, “Cәlil Mәmmәdquluzadә”, “Hüseyn Cavid” vә b.) vә barelyeflәr (“Əcәmi Naxçıvani”, “Paşa Qәlbinur” vә b.) özünәmәxsus işlәmә texnikası ilә seçilir. Naxçıvan Teatrında “Hacı Qara” (M.F.Axundzadә), “Arşın mal alan” (Ü.Hacıbәyli), “Mәnim әrim dәlidir” (Elçin) tamaşalarına bәdii tәrtibat vermişdir. Türkiyәdә keçirilәn beynәlxalq karikatura sәrgilәrinin iştirakçısıdır. Naxçıvan Dövlәt Un-tindә pedaqoji fәaliyyәt göstәrir.
Ялийев Щ. “Короьлу”. Нахчыван ш. 1988.