ƏLİYEV İlham Vәliyullah oğlu (d.24. 3.1951, Şәki r-nunun Baş Layski k.) – Azәrb. riyaziyyatçısı, riyaziyyat üzrә e.d. (2013). Azәrb. Dövlәt Pedaqoji İn-tunu bitirmişdir (1972). Sumqayıt Dövlәt Un- tindә dosent (1983–2004), Azәrb. Müәllimlәr İn-tunda kafedra müdiri (2004–06), AMEA-nın Riyaziyyat vә Mexanika İn- tunda baş elmi işçi (2006–12) işlәmişdir. 2012 ildәn ADPU-da dosent vәzifәsindә çalışır. Elmi işlәri xәtti operatorların spektral nәzәriyyәsinә, Banax fәzalarında operator-diferensial tәnliklәrin, qeyrirequlyar sәrhәd mәsәlәlәrinin, mәxsusi vә qoşulmuş elementlәrin tamlığı vә bazislәrinin öyrәnilmәsinә hәsr olunmuşdur. 50- dәn çox elmi әsәrin müәllifidir.