ƏLİYEV İmir İlyas oğlu (d.6.1.1949, Gürc. SSR, Marneuli r-nunun Qasımlı k.) – Azәrb. kimyaçısı, kimya e.d. (1992), prof. (2007). Azәrb. Dövlәt Un-tini bitirmişdir (1973). Azәrb. SSR EA Qeyri-Üzvi vә Fiziki Kimya İn-da (indiki M.F.Nağıyev ad. Kataliz vә Qeyri-Üzvi Kimya İn-tu) kiçik elmi işçi (1982–90), böyük elmi işçi (1990–94), aparıcı elmi işçi (1994–2003) vәzifәlәrindә işlәmişdir, 2003 ildәn laboratoriya müdiridir. Tәdqiqatları III–V qrup vә nadir-torpaq elementlәrin xalkogenidlәrdәn ibarәt mürәkkәbtәrkibli kristal vә şüşәvarı yarımkeçirici birlәşmәlәrin sintezi sahәsinә aiddir. 294-dәn çox elmi әsәrin müәllifidir. Elmi kadrların hazırlanmasında xidmәti var.