ƏLİYEV İsmayıl Əhmәdәli oğlu (d.27.2.1947, Erm. SSR, Mehri r-nunun Nüvәdi k.) – Azәrb. kimyaçısı, kimya e.d. (1990), prof. (1993). Akad. F.Ə.Əliyevin qardaşıdır. Azәrb. Dövlәt Un-tini (indiki BDU) bitirmişdir (1970). Hәmin un-tdә müәllim, baş müәllim vә dosent (1979–91), Türkiyәnin Mәrmәrә Un-tindә (1994) vә Yüzüncü Yıl Un-tindә prof. (1997–2000), BDU-da şöbә müdiri (2000–06), elmi işlәr üzrә prorektor (2006–11) vәzifәlәrindә işlәmiş, 2011 ildәn kafedra müdiridir. Tәdqiqatları arentiolların, onların törәmәlәrinin vә analoqlarının kimyası vә fiziki kimyası sahәsinә aiddir. 200-dәn çox elmi әsәrin, o cümlәdәn dәrslik vә dәrs vә saitinin müәllifidir.