ƏLİYEV İsmayıl İsrafil oğlu (d.5.7.1950, Azәrb. SSR Babәk r-nunun (Nax. MR) Tәzәkәnd k.) – Azәrb. pedaqoqu, pedaqoji e.d. (2003), prof. (2005). Azәrb. Dövlәt Pedaqoji İn-tunun Naxçıvan filialını (indiki Naxçıvan Dövlәt Un-ti) bitirmişdir (1972). Müәllim (1972–73), Naxçıvan Dövlәt Un-tindә pedaqoji tәrbiyә işlәri üzrә inspektor (1973), dosent (1974–90), müәllim (1974–75), baş müәllim (1981), dekan müavini (1986–88), kafedra müdiri (1990–95) olmuş, 2005 ildәn pedaqogika vә psixologiya kafedrasının prof.-udur. Naxçıvan Özәl Un-tinin tәsisçisi vә rektorudur (1999). Tәdqiqatları ümumtәhsil müәssisәlәrindә tәlim-tәrbiyәnin keyfiyyәtinin yüksәldilmәsi mәsәlәlәrinә hәsr edilmişdir. Tәdris vә dәrs vәsaitlәrinin müәllifidir.