ƏLİYEV Kamal Əyyub oğlu (d.27.11.1966, Bakı) – Azәrb. tibb alimi, cәrrahpulmonoloq. Tibb e.d. (1996). Azәrb. Dövlәt Tibb İn-tunu bitirmişdir (1989). Elmi Tәdqiqat Ağ ciyәr xәstәliklәri İn-tunun ftiziocәrrahiyyә şöbәsinin rәhbәridir (1993 ildәn). Tәdqiqatları, әsasәn, ağ ciyәr vәrәminin cәrrahi müalicәsi problemlәrinin öyrәnilmәsinә hәsr edilmişdir. 150-dәn çox elmi әsәrin müәllifidir.