Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    ƏLİYEV Kamil Müseyib oğlu

    ƏLİYEV Kamil Müseyib oğlu (22.10.1921, İrәvan – 1.3.2005, Bakı) – xalçaçı vә ornamentçi rәssam. Azәrb. SSR xalq rәssamı (1982). Prof. (1998). Azәrb. SSR tәtbiqi sәnәt ustası (1960). Azәrb. SSR әmәkdar incәsәnәt xadimi (1967). Azәrb. Dövlәt Rәssamlıq Texnikumunda (1935–39) oxumuşdur. 1995–2005 illәrdә “Azәr xalça” İB-nin direktoru olmuşdur. Erkәn yaradıcılığı “Azәr xalça” İB ilә bağlıdır. İlk eskizi әsasında toxunmuş “M.Füzuli” xalçası (1958) ona sәnәt uğuru gәtirmişdir. Ə. milli naxış elementlәri әsasında yeni dekorativ motivlәr yaratmış, Azәrb. xalçaçılığı vә dekorativ-tәtbiqi sәnәtini yeni ornamentlәrlә zәnginlәşdirmişdir. Onun eskizlәri әsasında toxunmuş “Lәçәktürünc” (1961), “Xilә buta” (1963), “Butalı” (1979), “Tirmә”, “Türünclü” (1986) vә s. orna mental xalçalar üçün rәnglәrin әlvanlığı vә ahәng darlığı, naxışların zәnginliyi, kompozisiya orijinallığı sәciyyәvidir. Bir çox xalçaları görkәmli şәxsiyyәtlәrә hәsr olun muşdur: “Nәsimi” (1973), “M.F.Axundov” (1975), “Nizami” (1978, 1979), “Nizami Gәncәvi” (1980; Özb. Tarixi Muzeyi, Daşkәnd), “Şota Rustaveli” (1981), “M’Bou” (1984, YUNESKOnun sabiq baş katibi M’Bounun şәxsi kolleksiyası, Paris), “İndira Qandi” (1986, İ.Qandinin xatirә muzeyi, Dehli), “Rabindranat Taqor” (1987), “Atatürk Mustafa Kamal Paşa” (1990; Türkiyә Resp.-na hәdiyyә verilmişdir), “Atatürkün portreti” (1991, Azәrb. Milli İncәsәnәt Muzeyi, Bakı), “Ayәtulla Xameneyi” vә “İmam Xomeyni” (1993; İran İslam Resp.-na hәdiyyә verilmişdir), hәmçinin Bakı vә Bordo ş.-lәrinin gerblәri tәsvir olunan xalça (1978, Bordo, Fransa), “Bill Klinton vә xanımı Hillari”, (1997, ABŞ prezidentinә hәdiyyә verilmişdir), “İki müqәddәs şәhәrin xadimi Fәhd ibn Əbdülәziz әl-Sәud” (1997; Ciddә ş.-ndә krala hәdiyyә verilmişdir), “Heydәr Əliyev” (1998, Naxçıvan Xalça Muzeyi) portret-xalçaları vә BMTnin 50 illiyinә hәsr edilmiş gerbli xalça (1995; Nyu-Yorkda BMT binasın dadır) vә s. Ə. dekorativ-tәtbiqi sәnәtin müxtәlif sahәlәrindә (zәrgәrlik, keramika, bәdii parça vә s.) nümunәlәr yaratmış vә predmetin funksionallığı ilә bәdiiliyinin vәhdәtinә nail olmuşdur. Eskizlәri әsasında hazırlanmış gәtirilәn süfrәlәr, kәlağayılar, servizlәr milli naxışların zәnginliyi ilә seçilir. Xalçaçı kadrların hazırlanmasında xidmәti olmuşdur. Bakı (1982), Dehli (1987), Ankara, İstanbul, İzmir (1991) vә Tehranda (1993) fәrdi sәrgilәri keçirilmişdir. Azәrb. Resp.-nın “İstiqlal” ordeni ilә tәltif olunmuşdur.
    Əd.: Т а г и е в а Р. Алиев Кямиль. Каталог выставки. Б., 1982; А б д у л л а е в а Н. Кямиль Алиев. Б., 1989.

    К.Ялийев. “Гушлу” халча. Ховлу, йун. 1985.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç