ƏLİYEV Kamran İmran oğlu (d.5.3.1953, Azәrb. SSR Şәrur r-nunun (Nax. MR) Diyadin k.) – Azәrb. әdәbiyyatşünası. Filologiya e.d. (1990), prof. (2011), AMEA-nın m. üzvü (2017). Azәrb. Resp.-nın әmәkdar elm xadimi (2015). Azәrb. Dövlәt Un-tini bitirmişdir (1974). Azәrb. SSR EA-nın Nizami ad. Ədәbiyyat İn-tunda elmi işçi vә baş elmi işçi vәzifәlәrindә çalışmışdır (1979–92). 1994–2001 illәrdә Naxçıvan Un-tindә tәdris işlәri üzrә prorektor, 2002–12 illәrdә AMEA-nın Folklor İn-tunda aparıcı elmi işçi işlәmiş, 2012 ildәn hәmin in-tun “Folklor vә yazılı әdәbiyyat” şöbәsinin müdiridir. Elmi tәdqiqatları, әsasәn, Azәrb. romantizminin poetikasına, nәzәri mәsәlәlәrinә vә folklorşünaslığa hәsr olunmuşdur. Bәdii әsәrlәri dә var. “Yalquzaq”, “Vağzal”, “Zәli” adlı povest vә hekayәlәri çap edil mişdir. 21 kitabın, 260-dan çox elmi-publisistik әsәrin müәllifidir.
Ə s ә r l ә r i: XX әsr Azәrbaycan romantiklәrinin әdәbi-nәzәri görüşlәri. B., 1985; Azәrbaycan romantizminin poetikası. B., 2002; Azәrbaycan romantizminin nәzәriyyәsi. B., 2006; Tәnqidin poetikası. B., 2012.