ƏLİYEV Qabil Qәribxan oğlu (d.18.2.1935, Bakı) – Azәrb. mexaniki, fizikariyaziyyat e.d. (1981), prof.(1991). Azәrb. Dövlәt Un-tini bitirmişdir (1962). 1962 ildәn Azәrb. SSR EA Riyaziyyat vә Mexanika İn-tunda fәaliyyәtә başlamışdır. 2008 ildәn tәtbiqi riyaziyyat şöbәsinin müdiridir. Tәdqiqatları lifli struktur әsasında qeyri-metal boruların hesabatı vә işlәnmәsinin nәzәri әsaslarına, fiziki-kimyәvi xassәlәrinin dәyişilmәsi nәzәrә alınmaqla polimer vә kompozit materiallar mexanikasına, elektromaqnit sahәlәrinin vә maye mühitin kimyәvi dәyişmәsinin qarşılıqlı tәsiri nәzәriyyәsinә hәsr olunmuşdur. 150-dәn çox elmi әsәrin, o cümlәdәn 2 monoqra fiyanın müәllifidir.
Ə s ә r l ә r i: Основы механики армированных гибких труб. Б., 1987; Основы механики полимерных и композицонных материалов с учётом изменения физико-химических свойств. Б., 2012.