ƏLİYEV Qurban İsa oğlu (d.14.1.1941, Şәmkir r-nunun Şeyidlәr k.) – k.t.-nın mexaniklәşdirilmәsi sahәsindә Azәrb. alimi, texnika e.d. (2003), prof. (2008). Azәrb. Kәnd Tәsәrrüfatı İn-tunu (indiki ADAU) bitirmişdir (1962). Azәrkәndtexnika Resp. Birliyinin Oğuz r-n bölmәsindә müxtәlif vәzifәlәrdә çalışmışdır (1962–67). 1970 ildәn ADAU-da pedaqoji fәaliyyәt göstәrir. Elmi tәdqiqatları aqrar tәsәrrüfatların texniki tәchi zatı, aqroservis müәssisәlәrinin yaradılması vә maşınlara texniki xidmәtin sәmәrәli tәşkili istiqamәtindәdir. Beynәlxalq elmi konfranslarda mәruzәlәrlә çıxış etmişdir. 160-dan çox elmi әsәrin, o cümlәdәn 1 monoqrafiyanın müәllifidir. Elmi kadrların hazırlanmasında xidmәti var.
Ə s ә r i: Техническая оснащённость республики Азербайджан в условиях реформирования аграрного сектора. СПб, 1998.