ƏLİYEV Mahir Mәmmәd oğlu (d.30.11.1956, indiki Goranboy r-nunun Dәlimәmmәdli ş.) – Azәrb. tibb alimi, stomatoloq. Tibb üzrә e.d. (2012). Azәrb. Dövlәt Tibb İn-tunu bitirmişdir (1978). Bakıda hәkimstomatoloq işlәmiş (1979–82), 1986 ildәn Ə.Əliyev ad. Azәrb. Hәkimlәri Tәkmillәşdirmә İn-tunun stomatologiya vә üz-çәnә cәrrahiyyәsi kafedrasında (2002 ildәn dosent) çalışır. Tәdqiqatları, әsasәn, ağız boşluğu selikli qişası xәstәliklәrinin etiopatogenetik xüsusiyyәtlәrinin, diaqnostika vә müasir müalicә prinsiplәrinin öyrәnilmәsinә hәsr edilmişdir. 160-dan çox elmi әsәrin müәllifidir.
Ə s ә r l ә r i: Ağız boşluğu selikli qişasının allergik xәstәliklәrinin kliniko-immunoloji xüsusiyyәtlәri vә müalicә prinsiplәri (O.S.Seyidbәyov, L.X.Quliyeva ilә birlikdә). B., 2008; Kәskin zәhәrlәnmәlәr zamanı ağız boşluğu selikli qişası xәstәliklәrinin klinik-morfoloji, immuno-biokimyәvi xüsusiyyәtlәri vә müalicә prinsiplәri (O.S.Seyidbәyov, E.E.Qorinlә birlikdә). B., 2013.