ƏLİYEV Mahmud İsmayıl oğlu (22.11.1908, Şamaxı – 24.9.1958, Bakı) – Azәrb. sәhiyyә tәşkilatçısı, siyasi xadim. Azәrb. SSR әmәkdar hәkimi (1943). Azәrb. Dövlәt Tibb İn-tunu bitirmişdir (1931). 1937–38 illәrdә Azәrb. SSR Xalq Sәhiyyә Komissarlığında elm vә tibb tәhsili idarәsinin rәisi, 1938–43 illәrdә Azәrb. Dövlәt Tibb İn-tunun rektoru, Azәrb. KP MK elm vә mәktәblәr şöbәsinin müdiri olmuşdur. Ə. 1943 ildә SSRİ Xarici İşlәr komissarının müavini, 1944 ildәn Azәrb. SSR Xarici İşlәr komissarı (1946 ildәn Azәrb. SSR Xarici İşlәr naziri), eyni zamanda Azәrb. SSR sәhiyyә naziri (1950–53), Azәrb. Hәkimlәri Tәkmillәşdirmә İn-tunun rektoru (1953–58) vәzifәlәrindә işlәmişdir. SSRİ Ali Sovetinin (1-ci çağırış) vә Azәrb. SSR Ali Sovetinin (2-ci çağırış) deputatı olmuşdur. Qırmızı Əmәk Bayrağı, 2 “Şәrәf nişanı” ordenlәri ilә tәltif edilmişdir. Bakı poliklinikalarından birinә Ə.-in adı verilmişdir.