ƏLİYEV Maqsud İsfәndiyar oğlu (27.8.1924, Tiflis – 23.12.2016, Bakı) – Azәrb. fiziki, fizika-riyaziyyat e.d. (1966), prof. (1967), Azәrb. SSR EA-nın akad. (1980; m. üzv 1969). Azәrb. SSR әmәkdar elm xadimi (1989), Böyük Vәtәn müharibәsindә (1943–45) iştirak etmişdir. Azәrb. Dövlәt Un-tini bitirmişdir (1950). 1961 ildәn Azәrb. SSR EA Fizika İn-tunda çalışmışdır; yarımkeçiricilәrdә vә yarımkeçirici nano strukturlarda köçürmә hadisәlәri laboratoriyasının müdiri (1966–2003), baş elmi işçi vәzifәlәrini tutmuşdur (2003–13). 2013 ildәn ümumi sektorun rәhbәri, AMEA-nın fizika-riyaziyyat vә texnika elmlәri bölmәsinin akad.-katibinin birinci müavini olmuşdur. Elmi işlәri klassik yarımkeçiricilәr selen, germanium, silisium, A3B5 tipli yarımkeçirici birlәşmәlәr vә onların әsasında bәrk mәhlulların, evtektikaların, yarımkeçiricilәrin köçürmә hadisәlәrinin tәdqiqinә aiddir. Onun rәhbәrliyi ilә yarımkeçiricilәrdә elektron vә fonon proseslәri, zolaq quruluşu öyrәnilmiş, bәzi yarımkeçirici-metal evtekti kalarında ifratkeçirmә vә Cozefson effekti tәdqiq edilmişdir. 300-dәn çox elmi әsәrin müәllifidir. Azәrb. Resp. “Şöhrәt” ordeni ilә tәltif edilmişdir. Elmi kadrların hazırlanmasında xidmәti olmuşdur.