ƏLİYEV Mayis Nәbi oğlu (d.21.10.1968, Tovuz r-nunun Yanıxlı k.) – Azәrb. hüquqşünası, hüquq e.d. (2004), prof. (2004). Bakı Dövlәt Un-tini bitirmişdir (1994). Azәrb. Resp. DİN Mühafizә İdarәsindә hüquqşünas (1993–96), BDU-nun әmәk vә ekologiya hüququ kafedrasında müәllim, baş müәllim, dosent (1996–99) işlәmiş, 2006 ildәn hәmin kafedranın prof.-dur. Tәdqiqatları, әsasәn, әmәk hüququ vә pensiya tәminatının hüquqi әhәmiyyәtinә aiddir. Bir neçә monoqrafiya vә elmi әsәrin müәllifidir.
Ə s ә r l ә r i: Yoxsulluğa qarşı mübarizәnin hüquqi problemlәri. B., 2006; İnsanın yaşamaq hüququ vә onun sosial müdafiәsi sahәsindә tәminatları. B., 2009.