ƏLİYEV Mehman Hәbib oğlu (d.25.1.1958, Masallı r-nunun İsi k. ) – Azәrb. tibb alimi, mikrobioloq. Tibb e.d. (2008), prof. (2012). Azәrb. Dövlәt Tibb İn-tunu (indiki Azәrb. Tibb Un-ti) bitirmişdir (1989). 1990–92 illәrdә Resp. Gigiyena vә Epidemiologiya Mәrkәzindә hәkim, 1992 ildәn Azәrb. Tibb Un-tinin mikrobiologiya vә immunologiya kafedrasında işlәyir. Tәdqiqatları, әsasәn, mәdә-bağırsaq sistemindә Helicobakter pylorinin törәtdiyi patologiyaların diaqnostikası, müalicәsi vә profilaktikası mәsәlәlәrinә hәsr olunmuşdur. 80-dәn çox elmi әsәrin müәllifidir.