ƏLİYEV Mәcid Nәcәf oğlu (d.25.12.1924, Erm. SSR, Dilican r-nunun Polad k.) – tibb e.d. (1975), prof. (1975). 1-ci Moskva Tibb İn-tunu bitirmişdir (1951). Rusiyada Tula vil. mәhkәmә-tibbi ekspertiza bürosunun rәisi (1953–62), Tula Pedaqoji İn-tunun anatomiya vә fiziologiya kafedrasında dosent (1962–66), Blaqoveşensk Tibb İn-tunun mәhkәmә tәbabәti kafedrasının müdiri (1966–75), Azәrb. Dövlәt Tibb İn-tunda mәhkәmә tәbabәti kafedrasının prof.-u (1975–79) işlәmişdir. Tәdqiqatları, әsasәn, qapalı travmalar, qanitirmәlәr zamanı tibbi ekspertiza mәsәlәlәrinә hәsr edilmişdir. 50 elmi әsәrin müәllifidir.