ƏLİYEV Mәcid Nuriddin oğlu (14.10.1947, Mahaçqala – 18.1.2000, Bakı) – Azәrb. tibb alimi, farmakoloq. Tibb e.d. (1982), prof. (1994). Azәrb. Dövlәt Tibb İn-tunu bitirmişdir (1969). 1973–86 illәrdә Azәrb. Dövlәt Tibb İn-tunun (induki ATU) mәrkәzi elmi tәdqiqat laboratoriyasında kiçik elmi işçi, baş elmi işçi vә patofiziologiya şöbәsinin müdiri, 1986 ildәn farmakologiya kafedrasının prof-u, 1995 ildәn hәmin kafedranın müdiri işlәmişdir. Tәdqiqatları, әsasәn, müxtәlif patoloji proseslәr zamanı mәrkәzi sinir sistemindә gedәn dәyişikliklәrin öyrәnilmәsinә hәsr edilmişdir. 110 elmi әsәrin, hәmçinin 8 sәmәrәlәşdirici tәklifin müәllifidir.