ƏLİYEV Mәhәrrәm Abış oğlu (20.10.1951, Azәrb. SSR Şәrur r-nunun (Nax. MR) Maxta k.) – Azәrb. siyası vә hәrbi xadimi, polis gen.-l.-ı (2002), gen.-l. (2012). Moskva Xüsusi Orta Milis Mәktәbini (1978) vә Ümumittifaq Qiyabi Hüquq İn-tunu (1985) bitirmişdir. Mosk -
vada cinayәt axtarışı inspektoru (1978–82), Bakıda Nizami Rayon Daxili İşlәr Şöbәsi (RDİŞ) cinayәt axtarışı bölmәsinin әmәliyyat müvәkkili (1982–87), Sabunçu RDİŞ cinayәt axtarışı bölmәsinin inspektoru, hәmin bölmәnin rәisi (1987–88), Xәtai RDİŞ cinayәt axtarışı bölmәsinin rәis müavini (1988–92), Xәtai RDİŞ 36-cı milis bölmәsinin vә Xәtai Rayon Polis İdarәsi 37-ci bölmәsinin rәis müavini (1992–93), Sәbail Rayon Polis İdarәsinin rәisi (1993), Bakı Şәhәr Baş Polis İdarәsinin rәisi (1993–2007) vәzifәlәrindә çalışmışdır. 2007–11 illәrdә Azәrb.-ın Tacikistanda fövqәladә vә sәlahiyyәtli sәfiri olmuşdur. 2012–17 illәrdә Azәrb. Resp. Prezidentinin Müdafiә mәsәlәlәri üzrә kömәkçisi xidmәtinin Müdafiә mәsәlәlәri şöbәsinin müdiri vәzifәsindә çalışmış, 2017 ildә Azәrb. Resp. Ədliyyә nazirinin müavini tәyin edilmişdir. “Azәrbaycan Bayrağı” ordeni (1998), 3-cü dәrәcәli “Vәtәnә xidmәtә görә” ordeni (2014) ilә tәltif olunmuşdur.