ƏLİYEV Mәmmәd Xası oğlu (d.15.9.1956, Gürc. SSR, Bolnisi r-nunun Darvaz k.) – Azәrb. patofizioloqu. Tibb e.d. (2007), prof. (2011). Azәrb. Dövlәt Tibb İn-tunu (indiki ATU) bitirmişdir (1981). 1985 ildәn hәmin in-t-da (2011 ildәn prof.) işlәyir. Tәdqiqatları, әsasәn, limfanın laxtalanması vә toxumaların limfodrenajının pozulması mexanizmlәrinin öyrәnilmәsinә hәsr olunmuşdur. 240-dan çox elmi әsәrin, o cümlәdәn “Patoloji fiziologiya atlası” (S.Əliyevlә birlikdә) elektron dәrsliyinin müәllifidir.