ƏLİYEV Mәmmәd İrac oğlu (d.10.12.1948, Xızı r-nunun Zöhrabkәnd k.) – Azәrb. әdәbiyyatşünası, filologiya e.d. (1987), prof. (2004). Azәrb. Resp.-nın әmәkdar müәllim (2009). Azәrb. Dövlәt Pedaqoji İn-tunu bitirmişdir (1970). Azәrb. SSR Maarif Nazirliyindә metodist-inspektor (1970–76), şöbә müdiri (1976–83), Azәrb. Dövlәt İqtisad Un-tindә kafedra müdiri (1983–91) işlәmiş, 1991–2000 illәrdә Mәdәniyyәt vә İncәsәnәt Un-tinin, 2000–13 illәrdә Azәrb. Müәllimlәr İn-tunun Quba filialının direktoru olmuşdur. 2013 ildәn AMEA Nizami ad. Ədәbiyyat İn-tunda çalışır, 2014 ildәn in-tun elmi işlәr üzrә direktor müavinidir. Elmi tәdqiqatları, әsasәn, Azәrb. xalq şeirinin forma vә şәkillәrinin öyrәnilmәsinә hәsr olunmuşdur.
Ə s ә r l ә r i: Azәrbaycan şeirinin vәzn vә evfoniya problemlәri. B., 2008; Quba–Şirvan folklor örnәklәri. B., 2013.