ƏLİYEV Mәmmәd Kәrim oğlu (1912, indiki Tovuz r-nunun Bozalqanlı k. – 15.6.1985, Gәncә) – Böyük Vәtәn müharibәsi qәhrәmanı, partizan hәrәkatının iştirakçısı, baş leytenant. 1941 ildә orduya çağırılmış, Krım cәbhәsindә düşmәnә qarşı vuruşmalarda yaralanmış vә әsir düşmüşdür. Əsirlikdәn qaçmış, 1943–44 illәrdә Krım vil.-ndә 8-ci Azәrb. partizan dәstәsinin tәşkilatçısı vә komandiri olmuşdur. Partizan dәstәsi alman faşistlәrinә qarşı 32 әmәliyyat aparmış, düşmәnin 1200-dәn çox әsgәr vә zabitini mәhv etmiş, 10 km rabitә xәttini, xeyli hәrbi texnikasınısıradan çıxarmış, Krımın bir sıra şәhәr vә kәndlәrinin düşmәndәn azad olunmasında fәallıq göstәrmişdir. Berlinәdәk döyüş yolu keçәn Ə. 1945 ildә ordudan tәrxis edilmiş, 1974 ilә qәdәr Gәncә şәhәr maarif sistemindә çalışmışdır.