ƏLİYEV Mәmmәd Mәhәrrәm oğlu (1910,Ağstafa r-nunun Dağ Kәsәmәn k.) – Sosialist Əmәyi Qәhrәmanı (1948). 1934–73 illәrdә Balakәn, Zaqatala vә Masallı r-nlarında aqronom, Masallı vә Prişib MTSlәrindә, Saatlı, Tovuz k.t. şöbәlәrindә vә Tovuz MTS-ndә baş aqronom, Azәrb. Elmi Tәdqiqat Pambıqçılıq İn-tunun Ağstafa tәcrübә tarlasında elmi işçi, müdir, Tovuz k.t, istehsalatı idarәsindә baş aqronom, Azәrb. Yer Quruluşu Layihә İn-tunun Tovuz Yer quruluşu qrupunda layihәçi aqronom, 1974 ildәn r-nun Ceyrançöl suvarma sistemlәri istismarı idarәsindә aqronom işlәmişdir. 1947 ildә pambıqçılıq sahәsindә yüksәk nailiyyәtlәr әldә etmişdir.