ƏLİYEV Mәmmәd Mәşәdi oğlu (25.12.1954, Gürc. SSR, Qardabani r-nunun Qara Tәklә k. – 19.1.2014, Bakı) – Azәrb. fiziki, fizika-riyaziyyat e.d. (2007). Azәrb. Dövlәt Un-tini bitirmişdir (1981). Hәmin ildәn Azәrb. SSR EA Radiasiya Problemlәri İn-tunda fәaliyyәtә başlamış, 1994 ildәn böyük elmi işçi, 2003 ildәn aparıcı elmi işçi vәzifәlәrindә çalışmışdır. Əsas elmi işlәri sәthyanı vә sәthdaxili struktur defektlәrinin, radiasiya vә digәr xarici amillәrin kondensә olunmuş dielektrik mühitlәrinin elektrik möhkәmliyinә tәsirinin öyrәnilmәsinә hәsr edilmişdir. 60-dan çox elmi әsәrin müәllifidir.