ƏLİYEV Mәmmәd Novruz oğlu (d.18.9.1942, Tovuz) – Azәrb. fiziki, fizikariyaziyyat e.d. (1990), prof. (1992). Azәrb. Dövlәt Un-tini (ADU) bitirmişdir (1964). ADU-da (indiki BDU) müәllim, dosent, prof. vәzifәsindә çalışmış (1969–91), ATU-da tibbi vә bioloji fizika kafedrasına rәhbәrlik etmiş (1991–92), Türkiyәdә (1992–2005), İspaniya Krallığında, Andorada Azәrb. Resp.-nın ilk fövqәladә vә sәlahiyyәtli sәfiri olmuş (2005–10), Azәrb. Resp.-nın Xarici İşlәr Nazirliyindә xüsusi tapşırıqlar üzrә sәfir işlәmişdir (2010–14). 2014 ildәn ATU-nun prof.-udur. Paramaqnit ionlu bәrk cisimlәrdә aşağı vә ifrataşağı temp-rlarda dinamik effektlәrin tәdqiqinә hәsr edilmiş elmi işlәrindә paramaqnit ionlu kristallarda akustik, elektron vә nüvә maqnit rezonansı araşdırılmışdır. 100-әdәk elmi әsәrin müәllifidir.