ƏLİYEV Mirzә Mikayıl oğlu (d.30.4. 1943, Şәmkir r-nunun Seyfәli k.) – Azәrb. baytar hәkimi. Biologiya e.d. (1993), prof. (2001). Azәrb. Kәnd Tәsәrrüfatı İn-tunu bitirmişdir (1966). Masallı r-nunda baş baytar hәkim (1967) işlәmişdir. AKTİ-dә laborant, ordinator, assistent, dosent (1983– 91), dekan müavini (1991–93), dekan (1993–98), kafedra müdiri (2000–03), dekan (2003–08), kafedra müdiri (2008–11) olmuş, 2014 ildәn kafedra müdiridir. Tәdqiqatları k.t. heyvanlarının (camış, zebu, qoyun vә s.) saxlanması üçün sanitargigiyenik rejimin, bu heyvanlarda ağ ciyәr tәnәffüsünün, qaz-enerji mübadilәsinin vә istiliyin tәnzimlәnmәsi mexanizminin öyrәnilmәsinә hәsr edilmişdir. Ə. heyvanmәnşәli әrzaq mәhsullarının biol. vә keyfiyyәt tәhlükәsizliyi mәsәlәlәri ilә dә mәşğul olmuşdur. 233 elmi әsәrin, o cümlәdәn 1 monoqrafiya, 4 dәrslik, dәrs vәsaiti vә 1 texniki layihәnin müәllifidir. Elmi kadrların hazırlanmasında xidmәti var.
Ə s ә r i: Терморегуляция и физиологические основы содержания буйволов. Гянджа, 2011.