ƏLİYEV Mirzәbağır Yusif oğlu (1882, Naxçıvan ş. – 1.9.1938, orada) – Azәrb. milli istiqlal hәrәkatının fәal iştirakçısı. Gimnaziya tәhsili almış, әrәb, fars vә rus dillәrini mükәmmәl öyrәnmiş, “Sәyyar” tәxәllüsü ilә şeirlәr dә yazmışdır. Dövrünün ziyalıları ilә ünsiyyәtdә olmuş, H.Cavid vә C.Mәmmәdquluzadә ilә dostluq etmişdir. 1918–20 illәrdә Naxçıvan ermәni tәcavüzünә mәruz qalarkәn burada yaradılmış Müsәlman Milli Komitәsinin katibi olmuşdur. Sonralar Naxçıvanda müәllim vә vәkil işlәmişdir. 1937 ildә Azәrbaycan Xalq Cümhuriyyәti ordusunun yüksәkrütbәli zabiti olan qardaşı Nağı Əliyevlә әlaqәdar 2 dәfә Dövlәt Tәhlükәsizlik Komitәsindә saxlanılan Ə. ruhi sarsıntıdan ağır ürәk xәstәliyinә tutulmuş vә qәflәtәn vәfat etmişdir. Ərәb әlifbası ilә 250 sәhifәlik şagird dәftәrindә gündәlik şәklindә yazdığı xatirәlәrindә ermәni tәcavüzkarlarının Azәrb.-a vә bütövlükdә Azәrb. xalqına qarşı törәtdiklәri vәhşiliklәri, habelә xarici dövlәtlәrin (İran, Rusiya, İngiltәrә, Fransa vә ABŞ-ın) Naxçıvanda baş verәn hadisәlәrә müdaxilәsi, Türkiyәnin Naxçıvana kömәyilә bağlı iştirakçısı vә şahidi olduğu hadisәlәri tәfәrrüatı ilә qәlәmә almışdır.
Ə s ә r i: Qanlı günlәrimiz (1918–1920-ci illәr). Naxçıvan. B., 1993.