ƏLİYEV Musa Mirzә oğlu (11.4.1908, Şamaxı – 4.5.1985, Moskva) – Azәrb. geoloqu, SSRİ-nin fәxri neftçisi. Geologiya-mineralogiya e.d.(1957), prof. (1957), Azәrb. SSR EA akad. (1950). Azәrb. Resp. Dövlәt mükafatı laureatı (1991). Azәrb. Politexnik İn-tunu bitirmişdir (1931). Sәnaye İn-tunun (indiki ADNSU) rektoru (1939–41), Azәrb. SSR EA prezidenti (1950–58), Azәrb. Dövlәt Un-tindә kafedra müdiri (1951–58) vәzifәlәrindә çalışmışdır. 1958 ildәn SSRİ EA vә SSRİ Neftçıxarma Sәnayesi Nazirliyi yanında Yanar Qazıntı Yataqlarının Geologiyası vә İşlәnilmәsi İn-tunun (Moskva) direktor müavini vә hәmin in-tda neftli-qazlı әyalәtlәrin biostratiqrafiyası laboratoriyasının tәşkilatçısı vә rәhbәri olmuşdur. 1951 ildә Azәrb. SSR EA İ.M. Qubkin ad. Geologiya İn-tunda Mezozoy dövrünün paleontologiya vә biostratiqrafiyası laboratoriyasını tәşkil etmişdir. Ə. Kiçik Qafqazın vә Böyük Qafqazın Tabaşir çöküntülәrini, SSRİ-nin c. r-nlarındakı neftli-qazlı sahәlәrdә Yura vә Tabaşir çöküntülәrinin stratiqrafiyasını öyrәnmiş, onun nәticәlәri әsasında Manqışlaq, Orta Asiya (q. vә ş. hissәsi) vә Şimali Qafqazın Mezozoy çöküntülәrinin dәqiq stratiqrafik bölgüsü verilmişdir. 1967–71 illәrdә Əlcәzairdә sovet mütәxәssislәri tәrәfindәn aparılmış geol.-kәşfiyyat işlәrinә başçılıq etmiş vә onun rәhbәrliyi ilә yeni neft-qaz yataqları aşkar olunmuşdur. Çoxcildlik “Azәrbaycanın geologiyası” (rus dilindә) әsәrinin müәlliflәrindәndir. 20-ci Beynәlxalq geol. konqresdә (1956, Meksika) vә s. xarici konqreslәrdә mәruzәlәrlә çıxış etmişdir. SSRİ Ali Sovetinin (2–4-cü çağırış) deputatı olmuşdur. 210 elmi әsәrin, o cümlәdәn 15 monoqrafiyanın müәllifidir. Lenin ordeni, 2 Qırmızı Əmәk Bayrağı vә “Şәrәf nişanı” ordenlәri ilә mükafatlandırılmışdır. Elmi kadrların hazırlanmasında xidmәti var.
Əsәrlәri: Иноцерамы меловых отложений северо-восточной части Малого Кавказа. Труды Института геологии АзФАН СССР. т. 12(63), 1939; Стратиграфия меловых отложений западной Туркмении (M.M.Pavlovla birlikdә). М., 1967; Геология и нефтегазоносность Алжирской Сахары (N.Ait Lausin vә b. ilә birlikdә). М., 1971; Геология, нефтегазоносность Алжирских Атласов (N.Ait Lausin vә b. ilә birlikdә). М., 1974; Геологическое строение нефтегазоносной Северной Африки, Ближнего и Среднего Востока (V.İ. Vısotski vә b. ilә birlikdә). Б., 1979.
Əd: М.М. Алие в. Библиография. Б., 1969 (“Деятели науки и культуры Азербайджана”).