ƏLİYEV Mübariz Yaqub oğlu (d.16.4. 1959, indiki Xocavәnd r-nunun Tuğ kәndi) – Azәrb. cәrrahı. Tibb e.d. (2008), prof. (2014). Azәrb. Dövlәt Tibb İn-tunu (indiki Azәrb. Tibb Un-ti) bitirmişdir (1982). 1983–86 illәrdә Sumqayıt ş. Tәcili Yardım xәstәxanasında cәrrah işlәmiş, 1989 ildәn Azәrb. Tibb Un-tinin ümumi cәrrahiyyә kafedrasında çalışır. Ə. eyni zamanda 2014 ildәn Azәrb. Tibb Un-tinin tәdris cәrrahiyyә klinikasında ümumi cәrrahiyyә şöbәsinin müdiridir. Tәdqiqatları, әsasәn, kәskin bağırsaq keçmәzliyi zamanı cәrrahi detoksikasiya probleminin öyrәnilmәsinә hәsr olunmuşdur. 120-dәn çox elmi әsәrin müәllifidir.
Əsәrlәri: Kәskin bağırsaq keçmәzliyinin kompleks müalicәsindә cәrrahi detoksikasiya. B., 2003; Cәrrahi intoksikasiyanın kliniki vә eksperimental әsasları. B., 2004.