ƏLİYEV Mürşüd Mikayıl oğlu (1.6. 1906, Ağdam r-nunun Mahrızlı k. – 12.7.1970, hәmin k.-dә) – Sosialist Əmәyi Qәhrәmanı (1948). Orconikidze ad. k.-zda kolxozçu, briqadir (1930–70) işlәmişdir. 1947 ildә pambıqçılıq sahәsindә yüksәk nailiyyәtlәr әldә etmişdir. Lenin ordeni, Qırmızı Əmәk Bayrağı ordeni ilә tәltif olunmuşdur.