ƏLİYEV Namiq Nәriman oğlu (d.28. 7.1940, Bakı) – Azәrb. infeksionisti. Tibb e.d. (1989), prof. (1990), AMEA-nın m. üzvü (2001), Rusiya Tibb EA-nın әcnәbi hәqiqi üzvü (2002). Azәrb. SSR әmәkdar hәkimi (1991) vә Azәrb. Resp. әmәkdar elm xadimi (2000). Azәrb. Dövlәt Tibb İntunu (indiki Azәrb. Tibb Un-ti) bitirmişdir (1968). 1981 ildә Azәrb. SSR Sәhiyyә Nazirliyi müfәttişi, Elmi Tibbi Şuranın sәdr müavini (1982–86), sәdri (1986–91), Azәrb. Resp. Sәhiyyә Nazirliyinin Elm idarәsinin rәisi (1993–94) olmuşdur. Ə. 1990 ildәn Azәrb. Tibb Un-tinin yoluxucu xәstәliklәr kafedrasının müdiri vә eyni zamanda 1994 ildәn V.Axundov ad. Milli ET Tibbi Profilaktika İn-tunun direktorudur. Onun iştirakı vә rәhbәrliyi ilә bir sıra yoluxucu xәstәliklәrin diaqnostika vә müalicәsinә dair aparılan elmi tәdqiqat işlәrinin nәticәlәri sәhiyyә praktikasına tәtbiq olunmuşdur. Sensor indiqasiyanın dizenteriya, qarın yatalağı, meninqokokk infeksiyası, bağırsaq yersiniozu, virus hepatiti, botulizm vә s., proktoinhalyasiyanın salmonellyoz, dizenteriya vә s., maqnitoterapiyanın isә dizenteriya, qarın yatalağı, virus hepatiti C, salmonellyoz, meninqokokk infeksiyası, qarayara, bağırsaq yersiniozu vә s. xәstәliklәrin diaqnostika vә müalicәsindә tәtbiqi böyük sәmәrә vermiş, bu işlәrә dair metodik tövsiyәlәr, metodik göstәrişlәr vә çoxsaylı sәmәrәlәşdirici tәkliflәr işlәnib hazırlanmışdır. Ə. Azәrb. İnfeksionistlәr Elmi Praktik Cәmiyyәtinin sәdri (1993 ildәn), Resp. Sәhiyyә Nazirliyinin baş infeksionistidir (1991 ildәn). 300-dәn çox elmi әsәrin müәllifidir. Azәrb. Resp-nın “Şöhrәt” ordeni ilә tәltif edilmişdir. Elmi kadrların hazırlanmasında xidmәti var.
Əsәrlәri: Роль иммунологических показателей в диффдиагностике некоторых инфекционных болезней, определение эффективности и прогнозирование их исходов (F.C.Tağızadә, K.N.Əliyev, L.İ.Rüstәmova, N.N.Əliyeva ilә birlikdә). B., 2006; İnfektologiya (F.C.Tağızadә ilә birlikdә). B., 2007.