ƏLİYEV Natiq Kamal oğlu (d.10.8.1958, Bakı) – Azәrb. heykәltәraşı. Azәrb. Resp. xalq rәssamı (2005), prof. (2007). Azәrb. Dövlәt Rәssamlıq Mәktәbini (1978) vә V.İ. Muxina ad. Leninqrad Rәssamlıq Mәktәbini (1983) bitirmişdir. 1983–2000 illәrdә Azәrb. Dövlәt İncәsәnәt İn-tunda (1991 ildәn Azәrb. Dövlәt Mәdәniyyәt vә İncәsәnәt Un-ti) işlәmiş, 2000 ildәn Azәrb. Dövlәt Rәssamlıq Akademiyasında (ADRA) heykәltәraşlıq kafedrasının emalatxana rәhbәridir. Ə. yaratdığı abidәlәrdә şәxsiyyәtlәrin daxili alәminә nüfuz etmiş, onların xarakterini aça bilmişdir. Böyük Vәtәn müharibәsindә Leninqradın blokadası zamanı hәlak olmuş müәllim vә tәlәbәlәrә hәsr olunmuş abidә (memar V.N.Lukin, Leninqrad, 1958); Əlağa Vahidin (rәssam R.Hәsәnovla birgә, Bakı, 1990), Heydәr Əliyevin (memar V.Skulski, Kiyev, 2004; Ankara, 2006), Ü.Hacıbәylinin (memar E.Hüseynov, Novi-Sad, Serbiya, 2011), Motsartın (memar Ç.Fәrzәliyev, Bakı, 2011), memar Z.Əhmәdbәyovun abidәlәri (Bakı, 2011); Xocalı vә Bosniya soyqırı-mı abidәsi (Sarayevo, 2012); Xocalı soyqırımı abidәsi (Mexiko, 2012; Ankara, 2013); “Bakı–Hәştәrxan dostluq abidәsi” (Bakı, 2013) vә s. Azәrb. monumental heykәltәraşlığının әn maraqlı nümunәlәrindәndir. Ə. bir sıra xarici ölkәlәrin (Avstriya, Rusiya vә s.) yüksәk mükafatlarına layiq görülmüşdür .
Н.Ялийев. “Волфганг Амадей Мотсарт”. 2011. Бакы.