ƏLİYEV Nәriman Cәlil oğlu (20.4.1911, İrәvan qub., Böyük Vedi ş. – 28.2.2004, Bakı) – Azәrb. tibb alimi, mikrobioloq. Tibb e.d. (1971), prof. (1972), Azәrb. SSR әmәkdar elm xadimi (1981). Azәrb. Dövlәt Tibb İn-tunu bitirmiş (1934), 1937 ildәn hәmin in-tun mikrobiologiya vә immunologiya kafedrasında çalışmışdır (1971–88 illәrdә müdir). Onun sәyi ilә bakterioloji laboratoriya ilә yanaşı, virusoloji vә immunoloji laboratoriyaları da tәşkil edilmişdir. Tәdqiqatları, әsasәn, leptospiraların, mikroskopik göbәlәklәrin öyrәnilmәsinә hәsr olunmuşdur. Ə. Azәrb. dilindә “Tibbi mikrobiologiyanın әsasları” adlı ilk dәrsliyin müәllifidir. Azәrb. Resp.-nin “Şöhrәt” ordeni ilә tәltif edilmişdir. Elmi kadrların hazırlanmasında xidmәti var.