ƏLİYEV Nәriman Əşrәf oğlu (d.14.8. 1938, Siyәzәn r-nunun Qozağacı k.) − Azәrb. memarı. Memarlıq doktoru (2007), prof. (2007). Azәrb. Politexnik İn-tunu bitirmişdir (1962). Ə. 1962−63 illәrdә Qazax. SSR-in Semipalatinsk ş.-ndә, 1963−65 illәrdә Azәrb. SSR Xalq Tәsәrrüfatı Şurasının Xüsusi Bәdii Konstruktor Bürosunda, 1965−89 illәrdә Azәrb. SSR EA-nın Memarlıq vә İncәsәnәt İn-tunda çalışmışdır. 1989 ildәn indiki Azәrb. Memarlıq vә İnşaat Un-tindә pedaqoji fәaliyyәt göstәrir. 100dәn çox elmi әsәrin, o cümlәdәn memarlığa aid bir neçә kitabın (“Heydәr Əliyev vә Bakının memarlığı”, 2005; “N.Gәncәvinin memarlıq düşüncәlәri”, 2012; “Bina vә qurğuların tipologiyası”, 2015) vә müәllifidir.