ƏLİYEV Nihan Əlipәnah oğlu (d.22. 12.1938, Bakı) – Azәrb. riyaziyyatçısı, riyaziyyat üzrә e.d. (2014) prof. (2015). Azәrb. Dövlәt Un-tini (indiki BDU) bitirmişdir (1963). 1966–93 illәrdә BDU-da müәllim, baş müәllim, dosent vә prof. vәzifәlәrindә işlәmişdir. 1993–2006 illәrdә İran İslam Resp.-nın Tәbriz vә Tehran ş.-lәrindәki Tәbiәti-müәllim vә Tәbiәtimüdәrris un-tlәrindә çalışmışdır. 2006 ildәn BDU-nun tәtbiqi analizin riyazi üsulları kafedrasının prof.-udur. Elmi işlәri diferensial tәnliklәrә, xüsusi törәmәli tәnliklәr üçün qeyri-lokal sәrhәd şәrtli mәsәlәlәrә vә hәmçinin kәsr tәrtibli törәmәli tәnliklәr üçün mәsәlәlәrә hәsr olunmuşdur. 200dәn çox elmi әsәrin müәllifidir. Elmi kadrların hazırlanmasında xidmәti var.