ƏLİYEV Nurәddin (N u r u) Mәcid oğlu (2.4.1920, indiki Mahaçqala ş. – 28.11. 1991, Bakı) – Böyük Vәtәn müharibәsi qәhrәmanı, bombardmançı tәyyarәçi, polkovnik. SSRİ-nin әmәkdar pilotu (1966). Bakı aeroklubunun yetirmәsidir. Bataysk tәyyarәçilik mәktәbini bitirmişdir (1940). Volqadan Vislayadәk döyüş yolu keçmiş Ə. Stalinqrad uğrunda vuruşmalarda düşmәnin 10 tankını, 26 yük vә 2 zirehli maşınını, 5 tәyyarәvuran top nöqtәsini vә s. partlatmışdır. Aviasiya polk komandirinin müavini vәzifәsinәdәk yüksәlәn Ə. 1950 ildә ordudan tәrxis edilmişdir. 1951–59 illәrdә resp. x.t.-nda bir sıra mәsul vәzifәlәrdә çalışmışdır. 1959 ildәn Azәrb. Mülki Aviasiya İdarәsinin rәisi olmuşdur. AKP-nin 26–29-cu qurultaylarında AKP MK Tәftiş Komissiyasının üzvü, MK üzvlüyünә namizәd vә üzv seçilmişdir. Azәrb. SSR Ali Sovetinin (6–9-cu çağırış) deputatı olmuşdur. Lenin ordeni, Oktyabr İnqilabı, Qırmızı Bayraq, Qırmızı Ulduz ordenlәri ilә tәltif edilmişdir.