ƏLİYEV Özbәk Misirxan oğlu (d.25. 3.1941, Yardımlı r-nunun Kürәkçi k.) – Azәrb. kimyaçısı, kimya e.d. (1985), prof. (1990). Azәrb. Dövlәt Pedaqoji İn-tunu bitirmişdir (1964). Azәrb. SSR EA QeyriÜzvi vә Fiziki Kimya İn-tunda böyük elmi işçi (1975–87), laboratoriya müdiri (1987– 2001), ADPU-da ümumi kimya kafedrasının prof.-u (2000–13; fasilәlәrlә) işlәmişdir. 2006 ildәn AMEA-nın M.F.Nağıyev ad. Kataliz vә Qeyri-Üzvi Kimya İntunda böyük elmi işçi vәzifәsindә çalışır. Tәdqiqatları mürәkkәb yarımkeçiricilәrin kristallokimyәvi proqnozlaşdırılma vә onların tәtbiqinin öyrәnilmәsinә hәsr edilmişdir. 425-dәn çox elmi әsәrin, o cümlәdәn dәrslik vә dәrs vәsaitlәrinin müәllifidir. Elmi kadrların hazırlanmasında xidmәti var.