ƏLİYEV Piralı Behbudalı oğlu (d.17.7. 1956, Füzuli r-nunun Yağlıvәnd k.) – Azәrb. pedaqoqu, pedaqogika üzrә e.d. (2011). Azәrb. Resp. әmәkdar müәllimi (2010). Xankәndi Pedaqoji İn-tunu bitirmişdir (1978). Füzuli r-n kәnd mәktәbindә müәllim (1978–84), Elmi Tәdqiqat Pedaqoji Elmlәr İn-tunda (indiki Tәhsil İn-tu) aparıcı elmi işçi (1994–2001) işlәmişdir. 2001 ildәn şöbә müdiridir. Tәdqiqatları әdәbiyyatın tәdrisi metodikası, tәrbiyә nәzәriyyәsi problemlәrinә hәsr edilmişdir. 150-dәn çox elmi әsәrin, o cümlәdәn 2 monoqrafiya, tәdris vә metodik vәsaitin müәllifidir.