ƏLİYEV Rafiq Əziz oğlu (d.10.2.1942, Ağdam r-nunun Novruzlu k.) – avtomatika sahәsindә Azәrb. alimi, texnika e.d. (1975), prof. (1976), AMEA-nın m. üzvü (1989), SSRİ Dövlәt mükafatı laureatı (1983). Azәrb. Neft vә Kimya İn-tunu (ANKİ; indiki ADNSU) bitirmişdir (1963). Neftkimya Avtomatlaşdırma İn-tunda laboratoriya vә şöbә müdiri (1967–76), ANKİ-da prof. (1976–79), Sumqayıt Ali Texniki Tәhsil Mәktәbindә (indiki Sumqayıt Dövlәt Un-ti) kafedra müdiri, rektor (1979–87) vәzifәlәrindә çalışmışdır. 1989 ildәn ADNSU-da kafedra müdiridir. 2011 ildәn Amerika–Azәrbaycan “Biznesin idarәolunması” Proqramının direktorudur. Əsas işlәri avtomatik vә avtomatlaşdırılmış idarәetmә sistemlәri nәzәriyyәsinә vә onların qurulmasına aiddir. Dünyanın bir sıra un-tlәrinin (ABŞ-ın Corciya Dövlәt Un-ti, Almaniyanın Zigen Un-ti vә s.) prof.-udur. Beynәlxalq elmi konfranslarda mәruzә ilә çıxış etmişdir. 360-dan çox elmi әsәrin, o cümlәdәn bir çox monoqrafiya vә dәrsliyin müәllifidir. Elmi kadrların hazırlanmasında xidmәti var.
Ə s ә r l ә r i: Методы интеграции в системах управления производством. М., 1989; Soft Computing and its Application (başqaları ilә birlikdә). World Scientific, New Jersey, London, Singapure, Hong Kong, 2001; Fundamentals of the Fuzzy LogicBased Generalized Theory of Decisions, Springer, 2013.