ƏLİYEV Rafiq Hacıbaba oğlu (d.14.11. 1949, Füzuli) – Azәrb. rejissoru, aktyor. Azәrb. Resp. xalq artisti (2007). Azәrb. Dövlәt İncәsәnәt İn-tunu bitirmişdir (1979). 1976–2004 illәrdә Azәrb. Dövlәt Gәnc Tamaşaçılar Teatrında çalışmışdır (1994 ildәn quruluşçu rej.). Əsas rolları: Hatәmxan ağa (“Müsyö Jordan vә Dәrviş Mәstәli şah”, M.F. Axundzadә), Dobçinski (“Müfәttiş”, N.Qoqol), Süleyman (“Ötәn ilin son gecәsi”, Anar), Akif (“Quyu”, R.Qasımova), Aramis (“Üç müşketyor”, A.Dümanın eyniadlı romanı üzrә) vә b. Ə. “İbrus” teatrının sәhnәsindә Qonaq (“Etimad telefonu”, R.İbrahimbәyov), Nazim (“Əlvida, cәnub şәhәri”, O.Sәfәrәliyev), “Üns” teatrında Veneralı (“Şekspir”, Elçin) vә b. obrazlar yaratmışdır. Ə. “Biez”, “Qaz vә yeddi cırtdan”, “Bir dәfә Braziliyada”, “Donaldın qeyri-adi sәrgüzәştlәri”, “Nәsrәddin”, “Sarıköynәk günәşi necә gәtirdi”, “Hind fantaziyası”, “Şәhәrli kürәkәn”, “Arzuları gerçәklәşdirәn”, “Sirr”, “Çimnaz xanım yuxudadır” vә s. tamaşaların quruluşçu rej., Azәrb. Teatr Xadimlәri İttifaqı Yaradıcı Gәnclәr Mәrkәzi – Laboratoriyasının hazırladığı Q.Sәidin “Əli vә Nino” faciәsinin prodüseri olmuş, beynәlxalq teatr festivallarının iştirakçısıdır. 2004 ildәn Azәrb. Teatr Xadimlәri İttifaqı sәdrinin müavinidir. Bir sıra kinofilmlәrdә çәkilmişdir: “Hәqiqәt anı” (2003), “Qraf Krestovski” (2004), “Papaq” (2006), “Hökmdarın taleyi” (2007), “Ölümә mәhkum olunmuşlar” (2007), “Dәrs” (2015) vә s. “Mozalan” satirik kinojurnalındakı “Tövbә” süjetinin qurluşçu rej.-dur. Ə. televiziya tamaşalarında da maraqlı obrazlar yaratmışdır.