ƏLİYEV Rafiq Mahmud oğlu (d.1951, Erm. SSR, Artaşat r-nunun Hәbil k.) – Azәrb. iqtisadçısı, iqtisad e.d. (2005), prof. (2010). Azәrb. Neft vә Kimya İn-tunu bitirmişdir (1974). “Azәrneft” İB-dә mühәndis (1974), mühәndis-şöbә müdiri (1975–83), nәzarәt-tәftiş şöbәsinin müdiri (1983–92), 1992–2005 illәrdә Azәrb. Resp. Dövlәt Neft Şirkәtindә baş mühasib, idarә rәisi vә şirkәt prezidentinin iqtisadiyyat vә maliyyә mәsәlәlәri üzrә müşaviri vәzifәlәrindә çalışmışdır. 2006 ildәn Azәrb. Resp. Sәnaye vә Energetika Nazirliyindә (indiki Energetika Nazirliyi) iqtisadiyyat şöbәsinin müdiridir. Azәrb. Memarlıq vә İnşaat Untinin prof.-udur (1996 ildәn). Tәdqiqatları, әsasәn, neft vә qaz sәnayesindә maliyyәnin idarә edilmәsindә optimal manevretmә problemlәrinә aiddir. 46 elmi әsәrin, o cümlәdәn monoqrafiya vә dәrsliklәrin müәllifidir.
Əsәrlәri: Azәrbaycanın neft vә qaz sәnayesinin iqtisadiyyatında maliyyә-mühasibat işinin tәşkili. B., 1998; Новая система управления финансовобухгалтерской деятельностью Государственной Нефтяной Компании Азербайджанской Республики. Б., 2001; İqtisadiyyatın idarә edilmәsindә inteqrasiya effektindәn istifadә etmәklә optimal manevretmә imkanlarının tәdqiqi. B. 2003.