ƏLİYEV Rafiq Yusif oğlu (Rafiq Yusifoğlu) (d.2.1.1950, Qubadlı r-nunun Çardaqlı k.) – Azәrb. әdәbiyyatşünası, filologiya e.d. (2007). Azәrb. Dövlәt Pedaqoji İn-tunu bitirmişdir (1970). “Göyәrçin” jurnalında şöbә müdiri (1985–92), mәsul katib (1992–96), Azәrb. Dövlәt Televiziyasının “Xәbәrlәr” baş redaksiyasında “Elm, mәdәniyyәt, incәsәnәt” şöbәsinin müdiri (1996–97) işlәmişdir. 1997 ildәn “Göyәrçin” jurnalının baş redaktoru vәzifәsindә çalışır. Pedaqoji fәaliyyәtlә dә mәşğuldur. Tәdqiqatları, әsasәn, Azәrb. poemasının inkişaf problemlәrinә vә sәnәtkarlıq xüsusiyyәtlәrinә hәsr olunmuşdur. 1966 ildәn şeirlәri ilә mәtbuatda çıxış edır. Dünya uşaq әdәbiyyatından tәrcümәlәri var. Əsәrlәri bir sıra xarici dilә tәrcümә edilmişdir. Bәdii, elmi-publisistik kitabların müәllifidir. Əsәrlәri әsasında televiziya tamaşaları çәkilmiş, şeirlәrinә musiqi bәstәlәnmişdir.
Əsәrlәr i: Yurdum-yuvam. B., 1983; Bir sevdalı ürәyim var. B., 2003; Azәrbaycan poemasının sәnәtkarlıq xüsusiyyәtlәri. B., 2010.